Dərc edildi: Baxış sayı: 548
“Məni təhqir edənlərin hamısı avaradır” - Deputat fikrindən dönmədi
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramında Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Deputat Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, həmçinin Türkiyə və Azərbaycanın qardaş ölkə olmadığını iddia edib.
Deputatın fikirləri etirazlara səbəb olub. Bu mənada sosial şəbəkələrdə A.Əlizadə barədə xoşagəlməz ifadələr səsləndirilib, təhqiramiz statuslar yazılıb.
Qalmaqalı parlamentari yenidən mövzu ilə bağlı açıqlama verib. O, Azvision.az -a bildirib ki, dedikləri həqiqətdir, fikrindən geri dönmək niyyəti yoxdur.
"Bunu ilk dəfə deyil ki, demişəm. 2015-ci ildə də bunu söyləmişdim, Həqiqəti deyəndə kiminsə xoşuna gəlmək lazımdır? Mən sosial şəbəkələrdə yoxam. Orada nə yazılır məni maraqlandırmır. Getsinlər dərsliyi açıb, öyrənsinlər. Ondan sonra gəlib məni linç etsinlər”.
A.Əlizadə əlavə edib ki, söylədiklərinin üzərində dayanır: "Osmanlının ordusu necə idi. Necə qurulmuşdu, necə istifadə olunurdu. Ordu nə zaman döyüşə gedirdi. Muzdlu ordu idi. Maaşını almasa, döyüşə getmirdi. Hətta Sultanı devirmək istəyəndə xəzinədarlar axçaya misi çox qatırdılar. Nəticədə pulun alıcılıq qabiliyəti aşağı düşürdü və Sultanı devirirdilər. Həqiqət kimin xoşuna gəlmirsə, özü bilər”.
Millət vəkilinin fikrincə, sosial şəbəkədə onu təhqir, tənqid edənlər boş-bekar adamlardır: "Gecə-gündüzünü sosial şəbəkədə keçirən adamlar avaradır. Sosial şəbəkəni məlumat almaq üçün istifadə edərlər. Elələri də var ki, işləri-gücləri yoxdur. Səhərdən axşama qədər otururlar sosial şəbəkədə. Bir şey gözləyirlər ki, yazsınlar. Odur ki, onlara yazığım gəlir və onlara cavab vermək fikrim yoxdur. Bir daha deyirəm. Bunların əvəzinə tarix kitablarını açıb oxusunlar”.
Türkiyədən edilən etirazlara gəlincə, deputat onlara öz tarixlərini öyrənməyi tövsiyə edib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət