Dərc edildi: Baxış sayı: 728
:0
Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı
Azərbaycan rusiyalı məmurların daşınmaz əmlak aldıqları 75 ölkədən biridir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı məmurların təqdim etdiyi 277 194 əmlak bəyannaməsi analiz edilib və onların 75 ölkədə 6007 daşınmaz əmlakı tapılıb.
Maraqlıdır ki, siyahıda rusiyalı məmurların adına Azərbaycanda 5 daşınmaz əmlak aşkar olunub. Bu əmlakların 2-si məmurların şəxsi mülkiyyəti, 3 əmlak isə Rusiya dövləti tərəfindən müvəqqəti istifadəyə verilib. Siyahıdakı əmlak sahibləri daha çox Rusiyanın ayrı-ayrı ölkələrdəki ticarət nümayəndələridir. Ən çox daşınmaz əmlak Qazaxıstanda (688), Ermənistanda (624), Belarusda (573), Tacikistanda (559) və Bolqarıstanda (537) qeydiyyatdan keçib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət