Slimfit
  1. SİYASƏT

“Məmurlar prezidentin apardığı yaxşı işlərə kölgə salır”

“Məmurlar prezidentin apardığı yaxşı işlərə kölgə salır”
Sakura

“Məmurlar prezidentin apardığı yaxşı işlərə kölgə salır”

“Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər. Onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər. Ona görə də həmin şəxslərin siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri “Youtube”da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri YAP- ın sədr müavini -icra katibi Əli Əhmədov Bakıda keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır:

“Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı “demokratik”, Azərbaycan isə “anti-demokratik” göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, tədbirə ölkədə qeydiyyatdan keçmiş bütün siyasi partiyalar dəvət edilməli idi:

“Bunu təşkilatçılar həll etməli idi. Azərbaycanda radikal müxalifət varsa da, bir o qədər radikal iqtidar var. Biz köklü islahatlarla bağlı dəyişikliklər paketi hazırladıq. Bununla bağlı YAP rəhbərliyinə də müraciət etdik. Ancaq əvəzində heç bir reaksiya almadıq. Bizə diqqət verilməlidi. Nəticədə bu iqtidarın ziyanına oldu.

Ölkədə diskussiya mühiti yaradılmalıdır. Prezident yanında İctimai Şura olmalıdır. Televiziyalar müxalifətin üzünə açılmalıdır. Əks halda, insanlar belə “yutub” kanallarına üz tutacaqlar. Ölkədə proporsional seçki sistemi bərpa olunmalıdır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxışında Azərbaycanda iqtidar müxalifət münasibətlərinin sıfır səviyyəsində olduğunu vurğulayıb:

“Hesab edirik ki, bugünkü müzakirə xaricdə yaşayan miqrantlar üzərində qurulmamalıdır. Çünki onların kənarda siyasətlə məşğul olmasının səbəbi Azərbyacanda siyasi azadlıqların olmamasıdır. Mən həmçinin növbədənkənar parlament seçkilərinin tez zamanda keçirilməsini, iqtidarla birgə müxalifətin ictimaiyyətlə təmasının genişləndirilməsini təklif edirəm”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ölkədə azğın məmurlara qarşı mübarizə aparılmalıdır: "Onlar prezidentin apardığı yaxşı işlərə kölgə salırlar. Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın getsin də onları. Onlar üzündən ölkəmizə söz deyilməsin".

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR