Dərc edildi: Baxış sayı: 524
Məmmədyarov: "Ermənistanın gələcəyi yoxdur"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Moskvada keçirilə və həmin görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edə bilər.
Azvision.az xəbər verir ki, bunu MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edən Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşündə iştirak etməyə hazır olduğunu bildirib.
“Münaqişənin 30 il davam etməsindən həm Ermənistan, həm də Azərbaycan yalnız itiriblər. Əgər Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa, onda onun gələcəyi yoxdur. Gecə Tbilisidən İrəvana gedərkən görürsən ki, Ermənistanda bir dənə də işıq yanmır. Ermənistan yeni iqtisadi layihələrdən danışır, amma orada, demək olar ki, heç kim qalmayıb, bütün ağıllı insanlar başqa ölkələrə köçüblər. Belə olan halda, Ermənistan hökuməti iqtisadi inqilabı kiminlə və kim üçün edəcək?” - Məmmədyarov sual edib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət