Slimfit
  1. ƏDƏBİYYAT

Məmməd Səid Ordubadi - Koroğlu/Birinci pərdə

Məmməd Səid Ordubadi - Koroğlu/Birinci pərdə
Sakura

Məmməd Səid Ordubadi - Koroğlu/Birinci pərdə

Xor--
 
Bu gözәl tәbiәt, bu şәn mәnzәrә
Bir daha sәadәt vermәz bizlәrә;
Sәadәt vermәz, sәadәt vermәz, sәadәt vermәz,
bizlәrә, bizlәrә, bizlәrә.
 
Matәmә bürünmüş gözәl kәndimiz,
Görünür bu dünyada yox bәxtimiz.
Görmәdik azadlıq üzü bir zaman,
Bizlәri әzdi bәylәr, 
Әzdi xan, әzdi xan, әzdi xan. (2 dәfә)
 
V ә l i--
 
Dönmüşdür zәmanәmiz cәhәnnәmә,
Mәnim dә varlığım bürünmüş qәmә.
 
N a d i r--
 
Hәsәn xan dünyanı dağıdır, didir,
Kәndlәri talayır, xәlqi mәhv edir.
 
Xor--
 
Doğrudur, xanlarda yoxdur mәrhәmәt;
Talanmış mәmlәkәt, yanmış mәmlәkәt.
Xan bilmәz insaf, insanә cәbr edәr,
Nadir, söylә görәk daha nә xәbәr?
 
N a d i r--
      
Hәsәn xan göndәrmiş öz adamların.
 
V ә l i--
     
Öz adamların?
 
N a d i r--
 
Allahyar kәndçinin yarmış anbarın.
 
V ә l i--
     
Yarmış anbarın?
 
N a d i r--
 
Tamam aparmışlar arpa, buğdasın,
Qoyun, quzu, xoruz, toyuq, çolpasın;
Bir şeyi yox idi bunlardan sәva.
 
X o r--
     
Nә qәdri zülmüdür, nә qәdri cәfa.
 
V ә l i--
 
Nә bәla gәlәcәk görәsәn yarın,
Belә getsә işi bizim xanların.
 
N a d i r--
     
Hәr hәftә başında bir xan, ya paşa.
 
V ә l i--
     
Bir xan, ya paşa,
 
N a d i r--
     
Qonaq gәlmiş olsa bu dağılmışa.
 
V ә l i --
     
Bu dağılmışa,
 
N a d i r--
 
Gedәr var-yoxumuz qonaqlar üçün,
Oğul-uşağımız qalar ac o gün,
Bir lәzzәt olmuyur әzabdan sәva.
 
X o r--
     
Nә qәdri zülmüdür, nә qәdri cәfa.
 
V ә l i--
 
Nә bәla gәlәcәk görәsәn yarın,
Belә getsә işi bizim xanların.
 
V ә l i v ә N a d i r (ikisi birlikdә)--
 
Bizim xanlarıi, bizim xanların, bizim xanların.
 
X o r--
 
Bu gözәl tәbiәt, bu şәn mәnzәrә
Bir daha sәadәt vermәz bizlәrә,
Sәadәt vermәz, sәadәt vermәz, sәadәt vermәz, bizlәrә, bizlәrә,
Matәmә bürünmüş gözәl kәndimiz,
Görünür bu dünyada yox bәxtimiz.
Görmәdik azadlıq üzü bir zaman, 
Bizlәri әzdi bәylәr, 
Әzdi xan, әzdi xan, әzdi xan. (2 dәfә)
           
N a d i r v ә V ә l i--
 
Hәsәn xan, Hәsәn xan,
Hәsәn xanın adamları,
Hәsәn xan, Hәsәn xan,
Hәsәn xanın adamları,
Hәsәn xan, Hәsәn xan, Hәsәn!...
 
İ b r a h i m x a n--
 
Oğrular, quldurlar,
Kimdә var ixtiyar,
Xan keçәn yolları tozlaya, oğrular!
Vurun, qovun, vurun, qovun!...
 
H ә s ә n x a n--
 
Qamçıdır saxlayan bu rәiyyәti,
Qamçısız yaşamaz xanın dövlәti.
Zülmә öyrәnәnlәr sevmәz mәrhәmәt,
Zülmsüz yaşamaz bizim mәmlәkәt.
Döymәsәn, söymәsәn, malın almasan,
Dara çәkdirmәsәn dama salmasan,
Rәiyyәt bir daha xanı dinlәmәz.
 
H ә m z ә b ә y--
 
Xanı dinlәmәz.
 
H ә s ә n x a n--
 
Malımın, canımın sahibi demәz.
 
H ә m z ә b ә y-- 
 
Sahibi demәz.
 
H ә s ә n x a n--
 
İstәsәn xanlığı әz rәiyyәti,--
Söylәyib atalar bu vәsiyyәti, ah!
Qamçıdır saxlayan bu rәiyyәti,
Qamçısız yaşamaz xanın dövlәti.
Zülmә öyrәnәnlәr sevmәz mәrhәmәt,
Zülmsüz yaşamaz bizim mәmlәkәt.
 
H ә m z ә b ə y--
 
Döymәsәn, söymәsәn, malın almasan,
Dara çәkdirmәsәn, dama salmasan.
Rәiyyәt bir daha xanı dinlәmәz.
 
H ә s ә n x a n --
     
Xanı dinlәmәz.
 
H ә m z ә b ә y--
     
Malımın, canımın, xanısәn demәz.
 
H ә s ә n x a n --
     
Sahibi demәz.
 
H ә m z ә b ә y--
 
İstәsәn xanlığı öz rәiyyәti,--
Söylәyib atalar bu vәsiyyәti, bu vәsiyyәti.
 
H ә s ә n x a n--
 
İbrahim xan, yügür bu saәtdәİlxını hazır etdir әlbәttә.
İlxıdan bir at gәrәk seçәsәn,
Söylәsin alәm afәrin, әhsәn!
Görmәmiş olsun oylә at insan.
 
İ b r a h i m x a n--
      
Bu saәt edәrәm sәrәncam.
 
H ә s ә n x a n--
 
Xanların xanıyam, böyük bir xan,
Yeddi min kәndә eylәrәm fәrman.
Şöhrәtim, dövlәtim, nәhayәtsiz,
Sәltәnәt qurmuşam, varım hәdsiz,
Sәltәnәt qurmuşam, varım hәdsiz!
 
X o r--
    
İlxı qaçdı otlağa!
 
İ b r a h i m x a n--
 
İlxıdan qalmadı burda bir nişan,
Qalmış yerindә beş-on cüt qulan,
İlxıçı ilxını sürdü otlağa.
Böyük cәza lazım o cür alçağa.
 
H ә s ә n x a n--
     
Qәsdәn bunu etmiş ol haramzada.
 
H ә m z ә b ә y--
     
Qәsdәn bunu etmiş ol haramzada. ( 2 dәfә)
 
İ b r a h i m x a n--
    
Qәsdәn etmiş bunu ol haramzada.
 
H ә s ә n x a n--
      
Gәtirin hüzura!
 
İ b r a h i m x a n--
 
Bu saәt, qurban!
 
H ә s ә n x a n--
 
Mәlunun qәtlinә verәrәm fәrman.
İlxıdan ayrılmış beş-on cüt qulan,
Etina etmәrәm bunlara, inan.
Oylә at istәrәm bilinsin zatı,
Ya Dağıstan atı, ya әrәb atı.
 
Qoca A l ı n ı gәtirirlәr.
 
H ә s ә n x a n--
 
Söylә, qoca mәlun, bu nә, bu nә, bu nә hilәdir?
İlxını sürmәkdә mәqsәdin nәdir?
 
A l ı--
 
Ortada yox idi heç bir mәqsәdim,
Mәn xana bir xidmәt etmәk istәdim.
Nә qәdәr cins at var seçdim, saxladım,
Vallahi, yoxumdur heç bir mәqsәdim,
Billahi, yoxumdur heç bir mәqsәdim.
 
H ә s ә n x a n--
 
Heç mәnası yoxdur yalan, yalan, yalan sözlәrin,
Aparın, çıxarın bunun gözlәrin!
Tez olun aparın, qoymayın qala!...
 
H ә m z ә b ә y v ә H ә s ә n x a n--
 
Döymәsәn, söymәsәn, malın almasan,
Dara çәkdirmәsәn, dama salmasan,
Rәiyyәt bir daha xanı dinlәmәz,
Malımın, canımın sahibi demәz.
Sakitlik istәsәn әz rәiyyәti,--
Söylәyib atalar bu vәsiyyәti, bu vәsiyyәti....
 
N i g a r--
 
Şәrir Hәsәn xan, zalım Hәsәn xan
Cәllada verdi fәrman:
Fağır, günahsız, dilsiz, ağılsız Alını etsin qurban.
Kor etdilәr yazıq Alını,
Dağıtdılar bütün malını.
Qәlbim yanır, odlanır
Mәnim bu ahü nalәdәn,
Gәlәr bir gün, gәlәr bir gün
Bu mәzlum xalq verәr cәza
Bu mәlun, zülmkar xanlara,
Bu eşq odundan yaralıyam mәn,
Gözümdә Rövşәn, sözümdә Rövşәn,
Rövşәn, Rövşәn, Rövşәn.
Rövşәndir dünyada mәni yaşadan,
Rövşәn mәni sevir, mәn dә Rövşәni!...
Rövşәn mәni sevir, mәn dә Rövşәni.
Sevmirәm, sevmirәm varı, dövlәti.
Ölsәm dә saxlaram mәhәbbәti.
Rövşәni minlәrcә cana vermәrәm,
Min bәyә, paşaya, xana vermәrәm.
Sevirәm, sevirәm, sevirәm,
Sevirәm, sevirәm sәni, әzizim Rövşәn,
Sevirәm sәni mәn, sәni mәn,
Sәni mәn candan artıq sevirәm, Rövşәn, Rövşәn!
Bu eşq odundan yaralıyam mәn, Rövşәn!
Sevdim sәni, Rövşәn!
Rövşәn gәlib çıxmadı,
Gözlәmәkdәn yoruldum.
Ah, gәlirlәr, gәlirlәr,
Gәlir igid Rövşәnim.
Hanı bәs Rövşәn?
 
R ö v ş ә n (pәrdә dalından)--
     
Sәni gordum, hey!...
 
X o r--
     
Rövşәndir, Rövşәn, Rövşәn!
 
R ö v ş ә n-- 
 
Sәni gördüm, aşiq oldum,
Dәrdә saldın canımı.
Ala gözlәr, dadlı sözlәr,
Qara qaşlar, işvә nazlar....
Can alan yar tökdü nahaq qanımı.
Gözәlim gәl, halımı sor, rәhm elә.
Nazlı yarım, gülüzarım, işvәgarım, hey....
Nәdir әmrin, tacidarım, sәrvәrim?...
Ah, Nigarım! Sevgili, nazlı dilbәrim, sevgilim,
Sevgilim, ayrı düşdüm sәndәn, gәl görüm.
 
N i g a r--
 
Şәrir Hәsәn xan, zalım Hәsәn xan
Cәllada verdi fәrman,
Dilsiz, ağızsız, fağır, günahsız
Alını etsin qurban.
Kor etdilәr yazıq Alını.
 
X o r--
     
Yazıq Alı!
 
N i g a r--
     
Dağıtdılar bütün malını.
 
X o r--
     
Yazıq Alı!
 
N i g a r--
 
Nә vaxtadәk zalımın zülmü görmәz intiqam?!
 
R ö v ş ә n--
     
Ax, intiqam, ax, intiqam!...
 
N i g a r v ә x o r--
 
Gәrәk bu gün edәk qiyam,
Alaq o xandan intiqam!
 
N i g a r v ә R ö v ş ә n--
 
Ax, intiqam, ax, intiqam!...
 
X o r--
 
Gәrәk bu gün edәk qiyam,
Alaq o xandan intiqam!
 
R ö v ş ә n--
     
Ax, intiqam, ax, intiqam!...
 
A l ı--
     
Rövşәn, Rövşәn!...
H a m ı--
     
Alaq o xandan intiqam!...
 
N i g a r v ә R ö v ş ә n--
     
Yazıq atam!...
 
R ö v ş ә n--
 
Sәnin qanın yerdә qalmaz!
 
X o r--
 
Yazıq Alı kor, bәdbәxt oldu,
Bәdbәxt oldu, bәdbәxt!
 
R ö v ş ә n--
 
Görünür taxsırın varimiş әlbәt.
 
A l ı--
 
Ortada yox idi heç bir mәqsәdim,
Mәn xana bir xidmәt etmәk istәdim.
Nә qәdәr cins at var seçdim, saxladım,
Vallahi, yoxumdu heç bir mәqsәdim.
Ha, ha, ha..... (ağlayır).
 
X o r--
 
Nә qәdәr qulluq eylәsәn,
Yolunda canından keçsәn,
Yenә dә axırda sәndәn
Razı qalmaz әsla nә bәy, nә xan,
Nә paşa, nә tacir, nә әyan.
 
A l ı--
 
Oldun sәn kor oğlu, (2 dәfә)
Kor oğlu, kor oğlu, kor oğlu, kor oğlu!...
 
R ö v ş ә n--
 
Tәngә gәldik, yox tavan,
Әzdi bizi vәhşi xan.
Görmәdik bir yaxşı gün
Hәrgiz, mәhv edildik büsbütün,
Bәy, xan, paşa, mülkәdar,
Yansın, batsın hәr nә var.
Qalxsın üsyan şölәsi,
Rәdd olsun vәhşi bәy, xan!
Mәn daima düşmәnәm
Xanlara, düşmәn, düşmәn.
Hәr tәrәfdәn qanlar axsın
Sel kimi, sel kimi, sel kimi, sel!...
Üsyan etmәk, üsyan etmәk, mәhv eylәmәk,
Xanı mәhv eylәmәk, onu mәhv eylәmәk!
Yoxsul xalqa nicat verәcәk
Bir әlac var isә--usyan, usyan!...
 
X o r--
 
Hәr bir yerdәn--dağdan, daşdan,
Ormanlardan, insandan
Qalxsın üsyan, qalxsın üsyan!
Hәr ölkәdәn, hәr yandan!
Qoy rәdd olsun, qoy mәhv olsun
Bәylәr, xanlar, zalımlar.
Qoy mәhv olsun, qoy mәhv olsun
Qәddar, xain qatillәr!
 
R ö v ş ә n--
 
Dağlar, daşlar, dağdaşlar arasına
Sәngәrlәr çәkmәk,
Ordan saldırmaq, qırmaq, yıxmaq,
Qırmaq, yıxmaq, xanları mәhv elәmәk!
 
X o r--
 
Mәhv olsun, mәhv olsun xanlar!
 
R ö v ş ә n v ә N i g a r--
 
Üsyan, üsyan!...
Üsyandan başqa yox çarә,
Üsyandan, başqa yox çarә, çarә!...
 
H a m ı-- 
 
Üsyan, üsyan!...
 
R ö v ş ә n v ә N i g a r--
     
Üsyandır son çarә!
 
R ö v ş ә n--
 
Mәnimlә gedәn gәlsin, gedәk dağlara.
Qalarsan burda, Nigarım,
Olarsan mәnә burda lazım.
Xanın әmәllәrindәn
Mәni xәbәrdar edәrsәn,
Sәni tezliklә xilas edәrәm mәn.
Sevgilimsәn.
Mәnimlә gedәn gәlsin, gedәk.
 
X o r--
 
Qoy rәdd olsun, qoy mәhv olsun,
Xanlar, bәylәr, zalımlar!
Qoy mәhv olsun, qoy tәrk olsun
Qәddar, xain qatillәr!
Qatillәr, zalım xainlәr!...
Rövşәn, gedәk!
 
PӘRDӘ

 

Mündəricat:

Birinci pərdə
İkinci pərdə
Üçüncü pərdə
Dördüncü pərdə
Beşinci pərdə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR