Slimfit
  1. ƏDƏBİYYAT

Məmməd Mübariz Əlizadə - Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!

Məmməd Mübariz Əlizadə - Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!
Sakura

Məmməd Mübariz Əlizadə - Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!

Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!
Sanki yuyulmuşdur dişi yanmış bir uddan-sübhü, bax!

Xurma ağacı əkdi şəb, bax Pərvinə, olmuş rütəb,
Bu sənətə etmiş əcəb valeh o məstan sübhü, bax!

Göylərdə mişkü zəfəran rəngi alıbdır kəhkəşan,
Ulduzlara matəm tutan yırtmış giriban sübhü, bax!

Aşiqlər ahinə məgər çoxdan nişanlıymış səhər?
Bir odlu peykanla edər sədparə xoftan sübhü, bax!

Saqi hanı? Dərya qədər versin bu bəzmə badələr,
Olsun sədəf, saçsın göhər, əks etsin ümman sübhü, bax!

Qur eyşü bəzmi sübhdəm, qoyma könüldə dərdü qəm,
Yoxsa ömürdür bircə dəm, tapmazsan asan sübhü, bax!

Bir olmalı dərdin üzü, bir olmalı mərdin sözü,
Bəxş eyləmiş dövran özü insafə meydan sübhü, bax!

Sübh ilə xoş rəftar elə, meylə dolu cam al ələ,
Çünki cahan az ömr ilə etmiş ciyərqan sübhü, bax!

Sübhün üzündə jalədən tərlər düzülmüşdür həmən,
Sanki an vurmuş dünən gördükdə üryan sübhü, bax!

Saqidən al cami-zəri, iç, yad elə saqiləri,
Bəxş et mənə tər ləbləri, birsə, sən üç san sübhü, bax!

Keyxosrovanə cami-mey, onda Səyavuş qam-mey,
San atəşi-Kavusi-Key, qılmış zərəfşan sübhü, bax!*

Şah mey içərkən qətrələr torpağa ənbər tək düşər,
Ənbərin torpaqdır məgər etmiş gülüstan sübhü, bax!

İslama olmuş hökmran Darayi-dövran Axsitan.
Bəhramdan ədli rəvan, Pərvizi-İran Axsitan*.

  • * *


Dur tez, səhər süfrə döşə, huri sənə mehman gələ!
Peymanə qanından bol iç, ta xəstə cismə can gələ!

Qoy dağ dalında afitab olsun mey ətrindən xərab,
Silsin gözün, etsin şitab, ta mərt olub yan-yan gələ!

Mey bəzəndə olsun çıraq, dağ nəğmədən versin soraq,
Yanmış üzərlik tək o, bax, fəryad edib, rəqsan gələ!

Al badəni hey başə çək, dolsun sevinclərlə ürək,
Dilbər gözəllər fikri tək çağrılmamış mehman gələ!

Sal süfrəni şən qəlbdən, cənnət quşu, gəl istə sən,
Bir parçası nəğmə deyən, bir parçası büryan gələ

Dikmiş gözünü yer yenə həsrətlə mərdlər caminə,
Bir cürə mey tök kaminə, qorxma sənə nöqsan gələ!

İçdikdə mey peymanədən, ağlın itirmə, dinlə sən,
Dostlar yatan ol türbədən qulağına "ətşan" gələ!

Çərxin əliylə nazlı yar torpaqlar altında yatar;
Nalən cahana od salar, gər yadına canan gələ.

Getsən yalandan Kəbəyə, Kəbə dönər bütxanəyə,
Sidq ilə gəl meyxanəyə, Kəbə sənə qurban gələ!

Yox səndə imandan əsər, Kəbəpərəst olma hədər,
Arxında su yoxdur əgr bir körpü sal, asan gələ!

Zahidliyindir ağ yalan, kafırliyə oldun rəvan,
Saf qəlb ilə sərxoş dolan, ta qəlbinə iman gələ.

Şit zahid olmaqdan çək əl, göy uçsa da qoyma məhəl,
Qoy rəxnələr tapmış təməl kökdən ola viran, gələ.

Sağlıq de xaqan naminə, mey iç, sənə can bəxş edə,
Bəlkə o fateh şah sənə lütf ilə Turan bəxş edə*.

  • * *


Məclis pərilər yurdudur bəzmi-Süleyman onda gör!
Quşlar durubdur səfbəsəf, bir xoş gülüstan onda gör!

Davud əşkindən nişan peymanəyə qan axdı, qan,
Quştək sürahi verdi can, oldu nəvaxan onda, gör!

Asilərə yoxdur əgər yol cənnətə, nə eyb edər?
Saqi üzünə qıl nəzər, yüz baği-rizvan onda gör!

Kəbə evində heç zaman büt aşiqinə yox aman,
Bütlər evini Kəbə san, Zəmzəm-xumistan onda gör!

Almış dələ rəngi hava, boz kürk geyinmişdir fəza,
Od vur, işıqlansın səma, bir tülkü hər an onda gör!

Manqal dönüb olmuş qəfəs, tavusla qarğa həmnəfəs,
Əflakə göz dikmə əbəs, Mərrixü Keyvan onda gör!

Şişmantuluq bir dayətək, zəncibədən, rumi-ürək,
Məryəm kimi doğsun gərək İsanı dehqan, onda gör!

Zərrin damarlar meynədən qopdu, əzildi, indi sən
Qan küp damarından həmən tök, şireyi-can onda gör!

Bərbət düşüb cansız qalar, bir ölçüdə dörd rükn var,
Bir boydadır səkkiz damar, Zöhrəylə Mizan onda gör!

Ağlar rübab hey zərbədən, çömçə başı, kasə bədən,
Taxta ulaq, zərdən rəsən, əl boyda meydan onda gör!

Çəngin başı çılpaq qalıb, çiyninə atlas şal salıb,
Palas fitə belə çalıb, dizlərsə pünhan onda gör!

Bir körpə zəncidir tütək, on dayəsi var ağ, qəşəng,
Doqquz gözüysə şux-şəng, yüz gözsə heyran, onda gör!

Dəfsə şahın çovqanına, min nəqşli eyvanına,
Ovlaqdakı cövlanına oxşar yüz heyvan, onda gör! 

İskəndəri-atəşsinan, hər sirri Xızrasa duyan,
Keyxosrovi-Arəşkəman həm sənsən, ey şah, həm atan! 


Dilbərlərin eşqində sən, gəl şərti başdan tazələ!
Yusif kimi qurdla barış, əhd ilə peyman tazələ!

Ey xəstə aşiq, qorxmadan öz canını dosta inan,
Dilbərlər eşqində haman sövdanı başdan tazəle!

Saqi tökər dil, mey verər, mütrübdə var sonsuz hünər,
Meylə dolub peymanələr, al, iç meyi, can tazələ!

Saqi əlindən al şərab, iç nəşə ilə, ol xərab,
Zahidlər ilə olma bab, can ver və canan tazələ!

Küp arxasında keç otur, haldan düşüncə badə vur,
Artsın gözündə taki nur, torpaqla müjgan tazələ!

Dərdi unut, sən hər zaman şad ol, yaşa şən hər zaman,
Gümüş öküzdən hər zaman qan tök və qurban tazələ!

Mey sübh üçün olmuş səba, meydir yaza vermiş səfa,
Mey inci tək sərpər ziya, meylə şəbistan tazələ!

Narınca oxşar bu fələk, istər sənə qursun kələk,
Ahınla məhv olsun gərək, get səngbaran tazələ!

Ah ilə bir şivən qopar, olsun fələklər tarmar,
Dörd ünsürü xar eylə, xar, əşkinlə tufan tazələ!

Bərkdir canı Xaqaninin, dərdin çəkər cananın,
Eşqin böyük divanının mətnində dastan tazələ!

Eşq atəşi odlar canı, dönməzdir aşiq peymanı,
Bağdaddakı könlün hanı? Şərvanda bir an tazələ!

Cam al ələ, çek, eylə dad, Bağdadədək mey iç azad,
Bağdadda yan eylə yad, eşqi binadan tazələ!

Bağdad bağdır, ya çəmən, mən baği-rizvan söylədim,
Orda gözəl vəsfində mən şövq ilə dastan söylədim.

  • * *


Dəclə kənarında dünən bir afəti-can görmüşəm,
Həsrət gözümdən Dəclə tək axmış qızıl qan, görmüşəm.

Qəddi-sərvi-baği-İrəm, Şəmi-Şəbistani-hərəm,
Rüxsandır baği-Əcəm, kuyin gülüstan görmüşəm.

Can şəhridir gül çöhrəsi, qəlbin teli - hər türrəsi,
Aləm onun sərgəştəsi, kuyində giryan görmüşəm.

Gizlənməyə tərrari-dun Bağdadda sazlar min oyun,
Tərrar zülfündə onun Bağdadı pünhan görmüşəm..

Zülfüylə Dəclə mişkdəm, Dəclə "dalı" tək zülfü xəm,
Dəclə kimi əndamı həm olmuş xuraman, görmüşəm.

Qatmış aya bafta, ipək, asmış buxağın tuq tək,
Parlaq aya göy bir ləçək örtmüş o canan, görmüşəm.

Əşkim kimi tər damənə axmış buxaqdan nur yenə,
01 nurdən mərmər sinə olmuş çıraqban, görmüşam.

Xaç kimi qıvrım telləri, İsa nəfəsli ləbləri,
Bunlar bir olduqdan bəri zülmət ara can görmüşəm.

Can cisminə pabəstədir, şəhla gözü tək xəstədir,
Qəlb - ağzı tək bir püstədir, qanlı və xəndan görmüşəm

Nazla ötərkən birbaşa, ardınca hey vurram başa,
Qəlbi, dişi çallam daşa, halım pərişan görmüşəm.

Məğrur görüb cananımı, mən qandım öz nöqsanımı,
Kuyində miskin canımı avarə, heyran görmüşəm.

Zənci kimi zülfü qara, oynar, səpilmiş rüxsara,
Mən göz qoyunca onlara hər ləhzə rəqsan görmüşəm.

Dəcləyə saldım ah mən, etdim təyəmmüm gah mən,
Ağlar göz ilə gah mən Bağdadda tufan gormüşəm.

Xaqani, ver can gövhəri, hərracda al ol dilbəri,
Çox sən kimi aşiqləri canana qurban görmüşəm.

Ver könlünü cananma, əzm eylə, yollan yanına,
Şirvanşahın fərmanına qəlbi nigəhban görmüşəm.

Cənnət kimi məclis qurar, ruhlar onun dərbanıdır,
Ulduzları bərhəm vurar, doqquz fələk meydanıdır.

Yox, yox, gözəllər eşqinə mən bir də qurban olmaram,
Hümmət məni azad edib, məhbusi-canan olmaram.

Ram olmaram sevdayə mən, baxmam rüxi-zibayə mən,
Ovçu gözəllər səpsə dən, quş kimi nadan olmaram.

Dilbərləri mən neylərəm, sevda yolun tərk eylərəm,
Bu qarğı atı peylərəm, mən mərdi-meydan olmaram.

Aldanmaram hər məhvəşə, söz vermərəm hər dilkəşə,
Pərvanə tək mən atəşə düşüb də büryan olmaram.

Dilbər ləbinə qanmadan gizli can atdım çox zaman,
Artıq ağıllandım, inan, bil, bir də heyran olmaram.

Yanmış söyüd tək indi mən, qəm saqisinə qəlbdən,
Oldum gözümdən qan süzən, yox, yox, meyəfşan olmaram.

Bir varlığam ki, heç zaman dostlar gözü tapmaz nişan,
Cananıma mən çatmadan məşhuri-dövran olmaran.

Daşdanmıdır canım mənim? İt qəlbli dövran düşmənim;
Qalmaz saralmış bu tənim, canı poladdan olmaram.

Gəzdim cahanı sərbəsər, yerdən tutub ərşə qədər,
Bir mərdə rast gəldim əgər, gələrəm, müsəlman olmaram.

Gəzdim dəyərsiz dünyada, gördüm cahanı bivəfa,
Yoxdur vəfa bir aşnada, bir ləhzə xəndan olmaram.

Abru edərdim arizu, nə üz qalıb, nə onda su,
Rüsvalığın çatmış sonu, mən bir də insan olmaram.

Gənclik şahı olmuş səvar, at çapmağa vermiş qərar,
Mənsə dalınca bir çapar, yainki səkban olmaram.

Öz qüdrətincə hər adam istər tapa divanda nam,
Divanları gəzdim tamam, bir yerdə elan olmaram.

"Zənd'I qələt bildim deyə, atəş mənə durmaz yiyə.
"Quran" qaçar məndən göyə, mən əhli-iman olmaram.

Kəbə mənə məhrəm deyil, qibləm kəlisa həm deyil,
Qismət mənə Zəmzəm deyil, əhli-xümistan olmaram.

Üz döndərib mən Kəbədən, qaçdım kəlisadan da mən,
Xaqanini boş sanma sən, məqbuli-xaqan olmaram.

Etdim Cəlaləddini yad, məhv olsun bu zülmət daşı,
Ta ki, tapım ondan murad, kuyinə qoydum bu başı.

  • * *


Baxdıqca ulduzlar qoşun, bayraqsa asman görsənər,
Şahın tası olmuş hilal, pərçəmsə Keyvan görsənər.

Zöhrə - Əsəddə gövhəri, Bəhram - əlində xəncəri,
Ulduzlar olmuş ləşkəri, fəthində "Quran" görsənər.

Şahın ucalmış dövləti, dünyanı tutmuş şöhrəti,
Azdır hələ ki, rəyəti, Bolğar və Xəzran görsənər.

Bəxtindən istərdim ki, şah qursun fələkdə ordugah,
Babildə cəm etsə sipah, mülkü Xorasan görsənər.

Şerim saçar dürrü göhər şahım qazandıqca zəfər,
Şahlar önündə baş əyər, boynunda fərman görsənər.

Dünya əyər ol şahə baş, qul olmağa eylər təlaş,
Taclardakı qiymətli qaş nəleyni-səkban görsənər.

Salsa atı bir nal əgər, Rüstəm onu şəmşir edər.
Mum alsa xatəmdən əsər, "hirzi-Süleyman" görsənər.

Göy bir at olmuşdur fələk, ulduzlar onda zər, bəzək,
Dağ sağrısına etmə şəkk, vurmuş Axsitan, görsənər.

Könlü şad olsa bir kərə, Cəbril enər sanki yerə,
Kinlə baxarsa göylərə, aləmdə tufan görsənər.

Şahın atının ol qədər şahlar ayağından öpər,
Gəzsən nalından bir əsər, ləl ilə mərcan görsənər.

Ulduz edər şahə həsəd, cansız qalar yüz min cəsəd,
Şahdır Günəş, təxti - Əsəd, çərx isə meydan görsənər.

Şah oxşayır qızmış filə, torla çıxıbdır sahilə,
Qurşaq tutub dərya ilə, timsah o sultan görsənər.

Cövza rikabından tutar, əqrəb ona çakər olar,
Üz bir Günəş, cismi - bahar, hər ləhzə xəndan görsənər.

Olmuş Günəş bir qul məgər, şahın ayağından öpər,
Eşqilə şahın hər səhər torpaqda qəltan görsənər.

Göylər - üzəngi, at - külək, sanki Süleyman atlanıb,
Atlı - pəri, at - div kimi, qüdrətli sultan atlanıb.

Ədlilə mülkü əql tək canda o sultan bəsləyər,
Fəzlilə xəlqi bəsləyər, ləli necə kan bəsləyər.

Xülqü gülü etdi xəcil, rəyi sönən bir od deyil,
Bir gülşəkərdir rəyi, bil, nurla Sifahan bəsləyər.

İqbalı Xəzran fəth edər, ədlilə dolmuş ölkələr,
Hind ölkəsindən fil gələr, Xəzranda filban bəsləyər.

Gülzarə dönmüş ölkəsi, açmış səxavət kisəsi,
Şəmşiri neysan qətrəsi olmuş, gülüstan bəsləyər.

Cənnət - göhər şəmşirinə, duzəx – şərər şəmşirinə,
Hər kəs deyər şəmşirinə: hikmətdir, iman bəsləyər.

Açmış igidlik məktəbi, təlim edər şahlıq dəbi,
Ondan bilər hər mətləbi, hər şah ki, dövran bəsləyər.

Tale özü şahə gərək baş endirib, etsin kömək,
Meydanda çəkməkçün yedək şahlar çox heyvan bəsləyər.

Ordu - sürü, dövran - çoban, qoçdur şahın bəxti, inan,
Qayğı çəkən hər bir çoban qoç saxlayar, can bəsləyər.

Mehdi kimi çalmış zəfər, olmuş çoban, qayğı çəkər,
Dəccaldır dövran məgər? - Qurd kimi düşman bəsləyər.

Dövran vəfasızdır yaman, yazda düşər qış nagahan,
Mehdi verər xalqa aman, Dəccal tüğyan bəsləyər.

Düşməndir hər insana şer, şeytan isə şər öyrədər,
İtdən, donuzdandır betər, bir şir ki, segban bəsləyər.

Şəni Güneş tək saçdı nur, Dərbənd işıqlandı, odur,
Zülmət içində san sudur, hikmətlə yəzdan bəsləyər.

Məğrur edər hər qəlbi şər, zülmü cahanı məhv edər,
Nə qurd dişi süsləndirər, nə zülm insan bəsləyər.

Ədlilə artar dövləti, cənnət tək imandan doğar,
Tapdıq adilə rahəti, çün şükr ehsandan doğar.

  • * *


Şah əvvəlinci Mehdidir, Sani Süleyman olsun həm,
İnsan ona xidmətçidir, cinlər də dərban olsun həm.

Olmuş fələk şahın qulu, camı Günəş, meylə dolu,
Keyvan-qılınc, nüsrət-yolu, Bəhram-peykan olsun həm.

Din sayəsində şaddır-, dövlət ona həmzaddır,
Ölkə bütün abaddır, xəlqə nigahban olsun həm.

Bəzmi behiştə oxşayar, səhnində sidrə hökmü var,
Sədrin görən Kəbə sanar, hər hökmü fərman olsun həm

Bəxti işıqdır nur tək, baş kuyinə qoymuş fələk,
Bir sayə tək tutmuş ətək, bu halda hər an olsun həm.

Camı - Günəş ol sərvərin, gör, Müştəridir əlləri,
Cam - ayneyi-İskəndəri, mey-abi-heyvan olsun həm.

Aslan yıxan şəmşirə bax, düşmən qanından tutdu zağ,
Ağlar bulud tək, hər sayaq ağlarsa, xəndan olsun həm.

Düşmən qılıncı şah üçün qaldı qınında büsbütün,
Pas tutdu güzgü tək bu gün, qoy şanədəndan olsun həm.

Əzmi bütün bal oldu pər, bəzmi bütün fal oldu fər,
Bəxş etdiyi mal oldu zər, fəzli onun can olsun həm.

Xəzrana basdıqda ayaq, Xəzran şərəfdən oldu bağ,
Tapdı o yerlər təmtəraq, xoşhal Şərvan olsun həm.

Novruzda Əzra hüsnü var, şah bəxtitək ruh oxşayar,
Halı behişti andırar, falında "Quran" olsun həm.

Çatmış bahar əyyaminə, şahım səadət naminə,
Novruz tökər mey caminə, yüz il o xaqan olsun həm.

Olsun səadət yar ona, pak ruhlular qəmxar ona,
Baş əysin ulduzlar ona, Allah nigahban olsun həm.

Məhdi mənə təlqin edər ilhami-yəzdan hər nəfəs,
Hər fikrimə "amin" deyər İdris və Rizvan hər nəfəs.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR