Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Məlum bitkilərin naməlum xassələri

Məlum bitkilərin naməlum xassələri
Sakura

Məlum bitkilərin naməlum xassələri

Ağcaqayın ağacından dərman vasitəsi kimi qabığı, yarpağı və tumurcuqları faydalıdır. Sidik kisəsi və böyrək xəstəliklərində dəmləməsindən istifadə edilir, qaynadılıb suyu ilə saçları yuduqda tökülmənin qarşısı alınır.

Palıd ağacının qabığı və qozasından dərman vasitəsi kimi istifadə edilir. Mədə xorasında, qanaxmalar zamanı dəmləmsindən, qaynadılmış halda isə anginada boğaz yaxalamaq üçün istifadə edilir.

Qovununun tumlarından qurdqovucu kimi istifadə edilir, xorniki və kəskin öskürək zamanı buğda bişmişi öskürəyi azaldır. Daş əmələ gəlməsinin qarşısını alır.

Pıtırğanın kötüyü havaya verilib şotka ilə təmizlənir, yuyulmur. Onu uzununa kəsib, duxovkada qurudurlar. Pıtırğanın dəmləməsi sidikqovucu və tərlədici təsirə malidir, revmatizm və maddələr mübadiləsi pozğunluqlarında istifadə edilir.

Yerkökü şirəsi qarınişlədici təsirə malikdir. Sidikqovucu təsirə malik olmaqla yanaşı sidik kisəsində olan daşları əritmək qabiliyyətinə malikdir.

Bağayarpağı şirəsi mədə və bağırsaqlardakı yaraları sağaltmaq qabiliyyətinə sahibdir.

Sarımsaq ən güclü təbii antibiotikdir.

Yemişan dəmləməsi arterial təzyiqi aşağı salır və ürək fəaliyyətini yaxşılaşdırır.

Aloe  qədim zamanlardan min bir dərdin dərmanı hesab edilir. Faydalı xüsusiyyətlərində ən başda gələni yara sağaltmaq qabiliyyətinə malik olmasıdır.

Əncir ürək-damar xəstələri üçün faydalıdır.

Kartofun tərkibində kalium var. Ürək və böyrək xəstələri üçün lazımlı hesab edilir.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR