Dərc edildi: Baxış sayı: 576
Məlikballı Qurban - Gəzər
Şəkərsən, şəhdsən, şəkərxasən sən,
Sənin yanağında laləzar gəzər.
Saçm gərdənində səllasil təki,
Reyhan tellərindən intizar gəzər.
Dəhanm hoqqadır, inci dəndanm,
Nə şirindi dilin, ləziz xəndanm,
Aşıqlar ayağı sənin zindanm,
Axır ki, canında ixtiyar gəzər.
Dəryadan təşnəni atdım kənara,
Hicran atəşinə sən elə çara,
Səndən ayrı getsə hansı diyara,
Məlikballı Qurban xakisar gəzər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət