Məktəblinin geyim problemi: Nə fikir var, nə məsləhət – Həkim
Dərslər başlayır və yenə də belə çağırış edilib ki, yalnız bizim istehsal etdiyimiz məktəbli formalarını alın. Ancaq bu məktəbli geyimləri ilə bağlı sanitar normalar haqqında nə konkret fikir var, nə də məsləhət.
Axar.az xəbər verir ki, bu fikirlərlə pediatr Vaqif Qarayev çıxış edib. Həkim bildirib ki, məktəbli formaları ilə bağlı hər il yaşanan problem bu il də davam edəcək:
“Bakı Tikiş Evi deyir ki, məktəbli formalarını ancaq bizdən alın, satışda olan çin istehsalı malları almayın. Əgər bu çin malları keyfiyyətsizdirsə, niyə ölkəyə gətilməsinə və satışına icazə verilir?
Vahid geyim forması təsdiq edilibsə, sanitar normalara əməl edilməklə hər bir şirkətin bu geyimlərdən tikib satmasında nə qəbahət var ki? Bu həm rəqabətə səbəb olacaq, həm də hər bir şirkət uşaqlar üçün daha keyfiyyətli məhsul istehsal etməyə çaşılacaq. Belə olduğu halda vətəndaş da ahatlıqla seçim edəcək. Ya keyfiyyətlisini seçəcək, ya da cibinə uyğun olanını.
Hər il yeni dərs ili ərəfəsi başlayan bu kimi müzakirələrə artıq son qoyulmalıdır. Bir azdan məktəbli çantaları ilə bağlı problemlər də başlayacaq. Yenə müzakirələr başlayacaq və heç bir nəticə əldə edilmədən mövzu qapanacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət