Slimfit
  1. CƏMİYYƏT

Məktəbli formalarını hardan alaq?

Məktəbli formalarını hardan alaq?
Sakura

Məktəbli formalarını hardan alaq?

Biz yarmarkalarda məktəbli paltarı satmırıq. Belə bir təcrübəmiz yoxdur. Çünki özümüzün satış mağazalarımız var.

Ens.az xəbər verir ki, bunu Axar.az-a Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məktəbli formalarının satışı ilə bağlı yarmarkaların təşkili barədə danışarkən deyib. BTE-nin satış müdiri onu da əlavə edib ki, hazırda satış elə də çox deyil:

“Məkəblərin açılması ilə bağlı qərar avqustun 29-da verildi. Ona görə də valideynlər bir az qorxa-qorxa gəlir. Elə bu səbəbdən əvvəlki dövrlərlə müqayisədə satış zəifdir”.

Etibar Əzimovun sözlərinə görə, hazırda BTE-nin altı mağazası alıcıların xidmətindədir:

“Cəmi 9 mağazamız var, 3-ü işləmir. Onlardan biri mollardakı mağazalarımızdır, karantinə görə hələ də fəaliyyət göstərmir. AMAY-dakı mağazamız da elə bu səbəbdən bağlıdır. Karantinə görə bağlı qalan satış mərkəzimizin biri də Bakı Beynəlxalq Avtovağzalındakı mağazamızdır. Satış fəaliyyəti göstərənlər isə Bakı Tikiş Evinin nəzdindəki mağazalardır”.

BTE rəsmisi bildirib ki, məktəbli geyimlərinin qiymətlərində də elə dəyişiklik yoxdur:

“2017-ci ildəki qiymətlərdir. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR