Təlimə regionlardan olan 20 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən icra edilən "Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili" layihəsi çərçivəsində İsmayıllı rayonunda 2 günlük təlim həyata keçirilib. Təlimə regionlardan olan 20 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb edilib.
Təlimin ilk günü "Hüquq Dünyası" Hüquqi Təbliğat İB-nin baş katibi, layihə rəhbəri Zaur Quliyev açaraq həyata keçirilən layihə, donor təşkilat barədə iştirakçılara məlumat verərək bildirib ki, bugünkü təlimə regionlardan 20 məktəb psixoloqu və uşaq birliyi rəhbəri cəlb olunub. Təlim zamanı müasir praktik psixoloji xidmətin aktual məsələlərinə uyğun mövzular tədris ediləcəyi, müxtəlif qiymətləndirmə formaları üzərində praktiki iş aparacağı vurğulanıb.
İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, region psixoloqlarınin bilik və bacarıqlarının artırılması baxımından faydalı olacağını qeyd edib.
Təlimçi-ekspert, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva təhsildə psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri, sağlamlıq imkanları məhdud uşaqlarla, təhsildə uşaqlarla psixoloji işin təşkili, məktəb psixoloqunun fəaliyyətinin əsas elementləri, psixoloji qiymətləndirmə və konsultasiya mövzularına dair təqdimatlar edib. Təlimçi tərəfindən müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparilmiş və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları kimi təlim üsulları həyata keçirilib.
Təlimçi-ekspertin dəstəyi ilə təlimdə iştirak etmiş hər bir psixoloq fəaliyyət göstərdiyi məktəbdə və reabilitasiya mərkəzində riskli davranışlara və zərərli vərdişlərə meylli uşaqlara təlim zamanı əldə etdiyi biliklərlə sosial-psixoloji xidmətin göstərilməsi və uşaqlar arasında psixodiaqnostika və psixokonsultasiya işini aparmaqla, gördüyü işlər barədə qisa hesabat hazırlayıb təşkilatçılara göndərilməsinin əhəmiyyəti qeyd olunub. Bunun layihənin davamlılığı üçün əsas amillərdən biri olacaq.
İştirakçılar layihə çərçivəsində təşkil olunan qeyri-formal təlim kursunun ümumtəhsil məktəblərində və reabilitasiya mərkəzlərində çalışan region psixoloqlarının bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olduğunu qeyd edib, layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, layihənin uğurlu icrasına görə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi öz dərin təşəkkürünü bildirilmiş və məktəb psixoloqları və uşaq birliyi rəhbərləri üçün belə praktiki təlimlərin davamlı olaraq təşkil edilməsinin zəruriliyini qeyd ediblər.
Təlim kursunun sonunda iştirakçılara Sertifikatlar təqdim olunub.
Mənbə: Sputnik.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət