Dərc edildi: Baxış sayı: 458
Meksikada Cüdo üzrə Dünya Çempionatı keçirilib
Bu il oktyabrın 19-dan 21-dək Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı Azərbaycan idmançıları uğurlu olub.
Azvision.azxəbər verir ki, yarışıların ilk günündə veteran cüdoçumuz Fərhad Rəcəblinin M-6 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olması barədə xəbər artıq ölkə ictimaiyyətinə çatdırlıb.
Azərbaycana növbəti qızılı M-1 kateqoriyası üzrə -100 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan usta çüdoçumuz, “Judo Club 2012”-nin təmsilçisi İntiqam Ələkbərov qazandırıb. O, fəxri kürsünün ən yüksək pilləsinə gedən yolda italiyalı Faletta Mattianı, meksikalı Viktor Martinesi və fransalı Riçard Adin Oliveri məğlub edib.
Dünya çempionunun həmklubu Mübariz Cəfərov isə M-4 kateqoriyası üzrə -81 kiloqram çəki dərəcəsində bürünc medalın sahibi olub. O, keçirdiyi görüşün yalnız birində - yarımfinalda məğlub olub. Buna qədər usta cüdoçumuz braziliyalı Joao Nettonu, fransalı Vinsent Dumseri, argentinalı Marselo Adrian Bitontonu məğlub edib. Yarımfinalda macar Zolt Fonaya uduzan həmyerlimiz bürünc medalı uğrunda mübarizədə ABŞ idmançısı Gyula Kalmanla qarşılaşıb və 59-cu dəqiqədə rəqibinə ipponla qalib gəlib.
Dünya çempionatında Azərbaycan komandasının üzvlərindən Samir İsmayılov M-1 kateqoriyası üzrə -81 kiloqram çəki dərəcəsində, Babək Hacıyev M-3 kateqoriyası üzrə 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıblar. Onu da qeyd edək ki, “Judo Club 2012”-nin istər veteran, istərsə də gənc və yeniyetmə idmançıları Azərbaycan komandalarının tərkibində müxtəlif beynəlxalq yarışlarda iştirak edir, ölkəmizin idman şərəfini layiqincə qoruyurlar.
Xatırladaq ki, bu yaxınlarda cüdo üzrə Bakıda keçirilən dünya çempionatının qalibi olan Yaponiya komandası yarışlara hazırlıq məşqlərini “Judo Club 2012”-nin dünya standartlarına tam cavab verən bazasında keçib. Burada onlara təmənnasız yaradılan şəraitdən razı qalan yaponiyalı cüdo ustaları dünya çempionatından sonra klubun məşqçləri və idmançıları üçün master-klass təşkil ediblər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət