Slimfit
  1. SİYASƏT

Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Sakura

Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti Andres Manuel Lopes Obradora təqdim edib.

Ens.az xəbər verirki,Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, M.Talıbov ilk olaraq, Prezident Lopes Obradora Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Öz tərəfindən təşəkkür edən Meksika Prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu deyən səfir, Azərbaycanla Meksika arasında ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib, bu xüsusda Azərbaycanın Latın Amerikası regionunda ilk səfirliyinin məhz Meksikada təsis edildiyini, Meksikanın da Cənubi Qafqaz regionunda yeganə diplomatik nümayəndəliyinin Azərbaycanda fəaliyyət göstərdiyini xatırladıb.

Azərbaycanla Meksika arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyən M.Talıbov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün hazırda ən əhəmiyyətli məsələ olduğunu vurğulayaraq Meksikanın bu münaqişədə beynəlxalq hüquqa söykənən mövqeyinin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan dəstəyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ölkəmizin Meksika ilə iqtisadi-ticari əlaqələrin inkişafında da maraqlı olduğunu söyləyən səfir, Azərbaycanın enerji daşıyıcıları istehsalı sahəsində dərin ənənələrə malik olduğunu və bu sahədə Meksika ilə əməkdaşlığa hazır olduğunu deyib. Bununla yanaşı, M.Talıbov Azərbaycanın qlobal miqyaslı enerji və infrastruktur layihələrinin, o cümlədən Türkiyə ərazisində ən iri neft emalı zavodu və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası kimi layihələrin təşəbbüskarı və başlıca iştirakçısı olduğunu, bu xüsusda Meksika üçün olduqca vacib önəm daşıyan Dos Bocas neft emalı müəssisəsi və Tren Maya dəmiryolu xəttinin inşası prosesində ölkəmizin öz təcrübəsini Meksika ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanlar olduğunu deyən Prezident Lopes Obrador, M.Talıbovun qeyd olunan hər iki layihənin icrası ilə yaxından tanış olmasının təmin edilməsi ilə bağlı görüşdə iştirak edən Xarici İşlər naziri Marselo Ebrarda tapşırıq verib. Eyni zamanda, Meksika dövlət başçısı enerji sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının araşdırılması, habelə hər iki ölkənin iş adamları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, Xarici İşlər naziri M.Ebrard ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu, bu xüsusda Meksikanın BMT Təhlükəsizlik Şurasının 2021-2022-ci illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin Azərbaycan tərəfindən, BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycan rəhbərliyinin təşəbbüsününsə Meksika tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə azərbaycanlı diplomat Ələt Azad İqtisadi Zonası haqda da Meksika dövlət başçısına məlumat verib, bu zonanın yaradılmasının meksikalı şirkətlərə Azərbaycanın yerləşdiyi regionda biznes fəaliyyətini artırmaq üçün geniş imkanlar açdığını söyləyib, habelə iki ölkə arasında mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əməkdaşlıq imkanlarının mövcudluğunu bildirərək hazırda bu sahələr üzrə müxtəlif təkliflər üzərində fikir mübadiləsi aparıldığını qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR