Slimfit
  1. MEDİA

MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirib

MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirib
Sakura

MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib. Tədbirdə AMEA-nın alimləri, MEK əməkdaşları və oxucular iştirak edib.

            Tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən danışıb. 
            Tədbirdə iştirak edən AMEA Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyova, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızı, Xədicə İsgəndərli, ADİU-nun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova, AMEA Folklor İnstitutunun əməkdaşları Vüsal Səfiyeva və Aynur Qəzənfərqızı təqdim edilən sənədlərin elmi əhəmiyyətindən söz açıblar. MEK tərəfindən keçirilən təqdimatların oxu mədəniyyətinin təbliği baxımından faydalı olduğunu söyləyiblər.

            Tədbirdə həmçinin kitab müəllifləri və nəşriyyat evləri tərəfindən yeni nəşrlərin elektron versiyasının da MEK-ə təqdim edilməsinin zəruriliyi vurğulanıb.

 

 

AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR