MEK-in “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı məqalə qəbulunu davam etdirir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı növbəti 2-ci sayı üçün məqalə qəbulunu davam etdirir.
Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:
- Kitabxana-informasiya elmi;
-Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, “Vikipediya”, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);
-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.
Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıda qeyd olunan rubrikalara da yazılar qəbul edilir:
-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;
-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;
-Digər ixtisaslar üçün kitabxana xəbərləri;
-Sahə üzrə yeni kitablar;
-Yerli və beynəlxalq tədbirlər təqvimi.
Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur. Elmi məcmuə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 noyabr 2013-cü il tarixli əmri ilə qeydə alınmışdır. Nəşr qaydaları ilə bu link – http://mek.az/article.aspx?id=6121 vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, jurnalın 1-ci sayı çapa təqdim olunmuşdur. (1-ci sayın elektron versiyası https://en.calameo.com/read/00459548614f465a2a9ac…)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət