Slimfit
  1. MEDİA

MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib

MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib
Sakura

MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu MEK və BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib.

MEK-in direktoru Leyla İmanova kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu vurğulayaraq ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib. L.İmanova təlim-seminarın Jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirildiyini bildirib.

BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media ilə, ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, PR işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib. V.Zifəroğlu ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib. Dünyada PR anlayışına 500-dən artıq tərif verildiyini deyən V.Zifəroğlu PR dedikdə “imicin idarə edilməsi” tərifinə üstünlük verdiyini və PR ilə bağlı addımların məhz bu anlama yönəldilməsinin vacibliyini vurğulayıb.

İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU əməkdaşlarına isə sertifikatla yanaşı kitabxananın bir illik oxucu kartı təqdim edilib.

Gələcəkdə hər iki qurumun birgə şəkildə təlim, seminar və tədbirlər keçirməsi qərarlaşdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR