Slimfit
  1. MEDİA

MEK-ə bəstəkar Cavanşir Quliyevin “Divan” adlı əsərlər toplusu daxil olub

MEK-ə bəstəkar Cavanşir Quliyevin “Divan” adlı əsərlər toplusu daxil olub
Sakura

MEK-ə bəstəkar Cavanşir Quliyevin “Divan” adlı əsərlər toplusu daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına  Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin iki cilddən ibarət “Divan” adlı əsərlər toplusu daxil olub.

“Divan”ın I cildində C.Quliyevin ötən əsrin 70-ci illərinin sonu – 80-ci illərinin I yarısında gənc ikən bəstələdiyi əsərlər yer alıb. “Divan”ın II cildinə daxil edilən opuslar – bəstəkarın yaradıcılığının əsasən 2000-ci  ildən sonrakı dövrünü əhatə edir.

Əsərin ön sözünün və şərhlərin müəllifi – Əməkdar incəsənət xadimi, müsiqişünas, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarın yaradıcılığının I dövrünə münasibət bildirərək qeyd edir ki, “yaradıcılıq məqsədinin təəccüb doğuracaq aydınlığı, həmin məqsədin janr, bədii qayə baxımından fərqli əsərlərdə heyrətamiz ixtiraçılıqla gerçəkləşdirilməsi, buradan irəli gələn nadir üslub vəhdəti gənc azərbaycanlı müəllifə güzəşt deyilən münasibəti büsbütün ləğv edir”. Z.Dadaşzadə vurğulayır ki, “Divan”ın hər iki cildinə daxil olan əsərlər bir növ Cavanşir Quliyev yaradıcılığının kvintessensiyasını təqdim edir: onlar konkret bədii qayə, həmin qayənin təcəssümü, instrumental heyət baxımından nə qədər fərqli olsa da, müəllifin fərdi üslubunun səciyyəvi cəhətlərini əyani sərgiləyirlər. Qeyd olunur ki, bəstəkarın erkən əsərləri ilə yaradıcılığının sonrakı dövrü arasında kəskin fərq yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR