Slimfit
  1. MEDİA

MEK-də “Vətən savaşında Azərbaycan anası” adlı dəyirmi masa keçirilib

MEK-də “Vətən savaşında Azərbaycan anası” adlı dəyirmi masa keçirilib
Sakura

MEK-də “Vətən savaşında Azərbaycan anası” adlı dəyirmi masa keçirilib

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Şanlı Qələbəmizin birinci ildönümünə həsr edilən tədbirlərin davamı olaraq, “Vətən savaşında Azərbaycan anası” mövzusunda dəyirmi masa keçirilib. Tədbir MEK-in Qadınlar Təşkilatının və “Qarabağ müharibəsi qəhrəmanları” fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masanı giriş sözü ilə açan AMEA MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva çıxışında Şərqin, xüsusilə Azərbaycanın zəngin mədəniyyətində qadınların rolunu vurğulayıb, dövlətçiliyimizin qorunmasında onların məğrurluğundan danışıb. “44 günlük Vətən müharibəsi zamanı igidlik, şücaət, göstərərək öz qanları bahasına Qələbə sevincini bizə yaşadan əsgər və zabitlərimizin anası da məhz Azərbaycan qadınıdır”-deyə icraçı direktor bildirib.

MEK Qadınlar Təşkilatının sədri və Sənədlərlə iş şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova Azərbaycan qadınlarının tarix boyu xalqımızın taleyüklü məsələlərinin həllinə, mənəvi dəyərlərinin formalaşmasına öz sanballı töhfələrini verdiyini, dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etdiyini vurğulayıb. 

Tədbirdə Qarabağ müharibəsi şəhidlərinin və 30 noyabr tarixində "Qaraheybət" təlim meydançasına eniş edərkən helikopter qəzasında həlak olan azərbaycanlı hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə çıxışında bildirib ki, bu mövzu aktual olduğu kimi də əbədidir. Ulu öndərin vəsaitini yerinə yetirən Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəmancasına döyüşən oğulların arxasında mərd analar, qadınlar dayanır. Çünki Azərbaycan qadını respublikanın ictimai-siyasi və mədəni həyatında olduğu kimi, Vətənin müdafiəsində də daim fədakarlıq nümayiş etdirməklə müqəddəs bir missiyanı həyata keçirirlər. 

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Atakişiyeva bildirib ki, bir şəhid xanımı kimi övladlarının layiqli vətəndaş yetişməsində əlindən gələni əsirgəməyəcək. O, çıxışı zamanı şəhid Rəşad Atakişiyevin keçdiyi həyat yolundan da danışıb. 

Dəyirmi masada şəhid Nicat Tarıverdiyevin anası Şükran Tarıverdiyeva, şəhid Vüsal Allahverdiyevin anası Hicran Alıyeva, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova, qazi Elvin Rəsulovun anası Afət Rəsulova, eləcə də Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Beyləqan Mərkəzi Cərrahiyyə Rayon Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Rahilə Dadaşova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “İran filologiya” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Bilqeyis Quliyevanın maraqlı, yaddaqalan çıxışları dinlənilib. Bildirilib ki, öz mərdliyi, qeyrəti ilə dünyanın başqa qadınlarından fərqlənən qadınlarımız ana torpağımızı, ana dilimizi, milli-mənəvi, əxlaqi dəyərlərimizi gözbəbəyi kimi qoruyaraq nəsildən- nəsilə ötürüblər. Möhtəşəm qələbəni bizlərə yaşadan igid döyüşçülərimizin şücaətindən, keçdikləri qısa, lakin layiqli ömür yolundan bəhs ediblər. Çıxışçılar qeyd edib ki, şəhidlərimiz başımızın tacı, qazilərimiz qürur mənbəyidir. Onları tanımaq və tanıtdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Qeyd olunub ki,  zəfər yürüşündə oğullarını xeyir-dua ilə cəbhəyə yola salan anaların hər biri ədəbiyyat üçün nümunə olacaq bir obrazdır.

Sonda qonaqlar bu mövzuda olan tədbirlərin keçirilməsində təşəbbüs göstərən Mərkəzi Elmi Kitabxananın işini yüksək qiymətləndiriblər.

Tədbir zamanı MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşı Nigar Ağayevə şeir səsləndirib, ADU-nun məzunu Murad Əliyevin və ADU Tələbələrlə iş təşkili şöbəsinin əməkdaşı Şahverən Babayevin vətənpərvərlik mövzusunda ifaları dinlənilib. Həmçinin şəhidlərimizin həyat yolunu əks etdirən videoçarx da nümayiş olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasınının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR