Slimfit
  1. MEDİA

MEK-də akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib

MEK-də akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti”  kitabının təqdimatı keçirilib
Sakura

MEK-də akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Nail Qurbanov yazıçının dördüncü romanı olan bu əsərində paralel zaman və məkanın, yaddaş fenomeninin, real və irreal hadisələrin ədəbi-bədii əksinin təsvir olunduğunu bildirib.

Akademik Kamal Abdulla tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, əsərin sujeti və obrazları barədə məlumat verib, oradakı fəlsəfi-psixoloji məqamları diqqətə çatdırıb: “Əsərlər adətən oxucular tərəfindən birmənalı qarşılanmır. Ümid edirəm ki, “Sirlərin sərgüzəşti” oxucuların ürəyində özünə yer tapa biləcək”.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Maral Yaqubova, professor Tahirə Məmmədli, M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Əzizağa Nəcəfzadə və digər çıxış edənlər romanı yüksək dəyərləndiriblər. Bildirilib ki, əsərdə müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin xüsusi ardıcıllıqla qurulması romanı oxunaqlı edir.

Təqdimat mərasimində Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları - Xalq artisti Məmməd Səfa və Əməkdar artist Yaqut Paşazadə “Sirlərin sərgüzəşti” əsərindən parçalar səsləndiriblər.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR