Slimfit
  1. AZƏRBAYCANLI

“Məhsulları İstanbulda istehsal edib, 30-dan çox ölkəyə satırıq” - Azərbaycanlı iş adamı

“Məhsulları İstanbulda istehsal edib, 30-dan çox ölkəyə satırıq” - Azərbaycanlı iş adamı
Sakura

“Məhsulları İstanbulda istehsal edib, 30-dan çox ölkəyə satırıq” - Azərbaycanlı iş adamı

Ötən günlərdə İstanbulda keçirilmiş regional ofis ləvazimatları sərgisində Azərbaycan investisiyalı “Cassa” şirkəti də iştirak edib. Qeyd edək ki, “Cassa” şirkəti Azərbaycanda fəaliyyət göstərən “İnci” şirkətlər qrupunun Türkiyə qoludur. Məşhur “Ofisait” mağazalar şəbəkəsi də bu qrupa daxildir.

Marja” xəbər verir ki, Türkiyənin “ATV” televiziyasının “Vizyon” proqramı “Cassa”nın stendində olaraq reportaj hazırlayıb.

“Cassa” şirkətinin İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusif bildirib ki, 1995-ci ildən Azərbaycanda, 2009-cu ildən isə Türkiyədə fəaliyyət göstərirlər. “Cassa” şirkəti 2015-ci ildən İstanbulda istehsal sahəsini qurub və ofisdə tələb olunan ləvazimatların istehsalını həyata keçirir. Məhsullar 30-dan artıq ölkəyə, o cümlədən Azərbaycan, İsrail, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Serbiya və Bolqarıstana ixrac olunur.

 Mikayıl Yusif qeyd edib ki, “Cassa” şirkətinin İstanbuldakı 4000 kv.m istehsal sahəsində 65 nəfər çalışır. Şirkət  “Ofisdə işlər yolunda” sloqanı ilə hər zaman yeniliklər axtarışındadır.

“Cassa” şirkətinin İdarə Heyətinin üzvü İsa Abbasov bildirib ki, Türkiyə alıcıları “Cassa” məhsullarına böyük maraq göstərirlər. Bunun səbəblərindən biri, hər il məhsul çeşidinin 3-4 dəfə yenilənməsidir.

Reportaja aşağıdakı videoda baxa bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR