Dərc edildi: Baxış sayı: 587
“Mehriban xanıma minnətdarlığımı bildirirəm”
Azərbaycan ilk Prezidenti Ayaz Mütəllibov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
"Qafqazinfo" xəbər verir ki, həyat yoldaşını itirən eks-prezident Modern.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etmədiyini bildirib:
“Nə deyim, hazırda mənim üçün çox ağırdır həyat yoldaşım haqqında danışmaq. Yəqin ki, bir az keçəndən sonra, irəli zamanlarda danışa bilərəm. Mehriban xanıma belə bir addım atdığı üçün sizin vasitənizlə minnətdarlığımı bildirirəm".
Eks-prezident hazırda övladları və nəvələrinin əhatəsində yaşadığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət