Slimfit
  1. SİYASƏT

Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım

Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım
Sakura

Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında koronavirusa yoluxmuş və bu günlərdə vəziyyəti ağırlaşan Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı paylaşım edib. 

“Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər.

Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm.

Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun.

Uca Allah hamıya cansağlığı nəsib etsin”.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR