Slimfit
  1. CƏMİYYƏT

Mehriban Əliyeva bizə uşaqlarımızın daha yaxşı gələcəyi üçün inam bəxş etdi - Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzindən reportaj

Mehriban Əliyeva bizə uşaqlarımızın daha yaxşı gələcəyi üçün inam bəxş etdi - Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzindən reportaj
Sakura

Mehriban Əliyeva bizə uşaqlarımızın daha yaxşı gələcəyi üçün inam bəxş etdi - Autizm sindromlu uşaqlar…

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.

Qeyd edək ki, Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir. Bu mərkəz də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə həyata keçirilən çoxsaylı sosial islahatların bir nümunəsidir və bunun timsalında ölkədə qayğıya ehtiyacı olan bütün həssas təbəqələrə göstərilən diqqət ifadə olunur.

2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

Mərkəzdəki uşaqlar burada autizm sindromlu insanlar üçün lazım olan bütün qayğı ilə əhatə olunsalar da, onlar üçün, eləcə də valideynləri üçün daha vacib olanı dövlətin qayğısını hiss etmələridir. Ölkəmizdə autizm sindromlu uşaqlara bu qayğının ən yüksək səviyyədə göstərilməsinin bariz nümunəsi də məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzinə etdiyi ziyarət oldu.

Həmin gün Mərkəzdəki uşaqlarla görüşən, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevanın bu qayğıkeş ziyarəti oradakı uşaqların və mütəxəssislərin böyük sevincinə səbəb olmaqla, onlarda, eləcə də valideynlərdə uşaqların gələcəyinə olan inamı artırdı. Bu ziyarət autizm sindromlu uşaqların cəmiyyətdən təcrid edilmədiyini, əksinə, onların gələcəyinin dövlətin daim diqqət mərkəzində olduğunu göstərdi. Bu ziyarət ən son olaraq, valideynlərin öz uşaqlarının gələcəyinə olan narahatlığını aradan qaldırmaqla onların gələcəyə olan inam və ümidlərini artırdı.

“Birgə və Sağlam” İctimai Birliyin sədri Aytən Eynalova Trend-ə açıqlamasında oktyabrın 31-də çox möhtəşəm bir gün yaşadıqlarını dedi:

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva həm uşaqlarla, həm də mütəxəssislərimizlə çox gözəl, unudulmaz bir gün keçirdi. O, uşaqlarla ünsiyyət qurdu, onlarla sosial baxımdan əyləncəli olan bir gün keçirdi. İnanıram ki, Birinci vitse-prezident Mehriban Əliyeva da buradan çox xoş təəssüratlarla ayrıldı”.

Dünyada hər 59 uşaqdan birinin autizm sindromu ilə doğulduğunu vurğulayan Birlik sədri əlavə etdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğıkeş ziyarəti onlar üçün, eləcə də autizm sindromlu uşaqların ailələri üçün çox vacib idi. Bu səfərlə autizm sindromlu uşaqları olan ailələr dövlətimizin qayğısını hiss etdilər:

“Autizm sindromlu uşaqların ən böyük sıxıntıları onların cəmiyyət tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Autizm sindromu ilə bağlı maarifləndirmənin aparılması baxımından ən önəmli dəstək məhz elə dövlətin qayğısıdır. Bunu da ən gözəl şəkildə Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz qağıkeş ziyarəti ilə göstərdi. Mən də bir autizm sindromlu övlad anası olaraq, deyə bilərəm ki, övladlarımızın gələcəyi naminə bu sahədə dövlət qayğısını görmək bizim üçün çox vacibdir. Mən həm öz adımdan, həm də bütün valideynlər adından Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirmək istəyirəm. Görüşdən sonra valideynlərlə də söhbət etdik, hər bir valideyn bu görüşdən çox məmnun idi. Dövlətimizin qayğısının hiss edilməsi autizm sindromlu uşaqları olan ailələr üçün çox vacibdir. Bu baxımdan, bizim bir az da ümidimiz artdı ki, dövlət gələcəkdə onların daha da rahat, daha sərbəst addım ata bilməsi üçün qayğı göstərəcək”.

Mərkəzin sosial işçisi Əsgərova Xanım da Birinci vitse-prezident Mehriban Əliyevanın ziyarətinin onlar üçün çox önəmli olduğunu bildirdi:

“Mən ziyarətə görə autizm sindromlu uşaqların, onların valideynlərinin adından Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə də autizm sindromlu uşaqlara və valideynlərinə çox böyük dəstək olacaq”.

Mərkəzin koordinatoru Əfəndiyeva Şəbnəm də Birinci vitse-prezident Mehriban Əliyevanın ziyarətinin uşaqlara və onların valideynlərinə motivasiyaedici təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, bu ziyarətdən sonra autizm sindromlu uşaqların valideynləri öz övladlarının gələcəyinə daha fərqli baxışla və inamla baxırlar:

“Valideynlər Birinci vitse-prezident Mehribanın Əliyevanın Mərkəzə, autizm sindromlu uşaqlara göstərdiyi qayğıdan çox həvəsləndilər. Onların övladlarının gələcəyi üçün işlərin görüləcəyinə inam və ümidləri artdı. Buradakı uşaqların Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya çox böyük məhəbbəti var. Mehriban xanım Mərkəzin binasına daxil olan zaman da bunun şahidi oldu. Uşaqlar ona sevinclərini və sevgilərini bildirdilər. Birinci vitse-prezident Mehriban Əliyevanın yanımızda olması bizə çox böyük dəstək verdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR