Slimfit
  1. CƏMİYYƏT

Məhkumlara pulsuz hüquqi yardım göstərilməsinə başlanılıb

Məhkumlara pulsuz hüquqi yardım göstərilməsinə başlanılıb
Sakura

Məhkumlara pulsuz hüquqi yardım göstərilməsinə başlanılıb

Məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə Penitensiar xidmətin 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, pulsuz hüquqi yardım Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq həyata keçirilib.

İyunun 25-də “Pro Bono” Vəkil Bürosunun (VB), Bakı şəhəri 38 saylı VB-nin, “Mərkəz” VB-nin, “Qanunçuluq” VB-nin “Güvən” VB-nin, Bakı şəhəri 39 saylı VB-nin, o cümlədən Bakı şəhəri 13 saylı VB-nin vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR