Dərc edildi: Baxış sayı: 431
Məhkəmə Trampı saymadı: Qalmaqallı sərəncam bloklandı
ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi prezident Donald Trampın qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin məhdudlaşdırılması barədə sərəncamını müvəqqəti bloklayıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Agentlik hələlik sərəncamın dəqiq nə qədər müddət ərzində bloklandığını açıqlamayıb.
Qeyd edək ki, Tramp bundan öncə qeyri-leqal miqrantlara ABŞ-da sığınacaq verilməsini qadağan edib. Tramp bunu Meksikadan gələn miqrant axınının qarşısını almaq üçün atdığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət