Dərc edildi: Baxış sayı: 442
Məhkəmə qərarı olmadan şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? - AÇIQLAMA
Əgər söhbət Ədliyyə Nazirliyi tərəfindən tətbiq edilən qadağadan gedirsə, bu yalnız məhkəmə qərarı ilə tətbiq edilir.
Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məhkəmə qərarı olmadan vətəndaşın ölkədən getməsinə qoyulan qadağa ilə bağlı suala cavab olaraq bildirib.
O qeyd edib ki, icra məmuru tərəfindən məhkəmə qərarı olmadan şəxsin ölkəni tərk etməsi ilə bağlı hər hansı qadağa qoyula bilməz.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət