Dərc edildi: Baxış sayı: 516
Məhəmmədağa Cürmi - Məndən o ahu gözlü nigarım rəmidədir
Məndən o ahu gözlü nigarım rəmidədir,
Ram etmək olmaz ani ki, səyyaddidədir.
Bilməm, ilahi, neyləmişəm bivəfayə mən,
Məndən həzar nazüə damənkəşidədir.
Dil qeyrə vermisən deyibən, tərkim eylədi,
Qıldı bəhanə bir sözü kim, naşənidədir.
Kəsmiş, inan, taqətimi bir sənəmüzar,
Gülzari-hüsni-ruyinə xətə norəsidədir.
Ta gördü dami-zülfdə ol daneyi-xalın,
Dil mürğü aşiyani-tənimdən rəmidədir.
Dil vermə, gəl, bu zülfdə-sənəmsayə, Cürmiya,
Birəhmdir, cəfagərü imanbərəndədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət