Dərc edildi: Baxış sayı: 558
Məhəmmədağa Cürmi - Kim ki, zülf içrə o mahın üzünü yad eyler
Kim ki, zülf içrə o mahın üzünü yad eyler,
Gecə-gündüz dilini qeyddən azad eylər,
Yetər eşqində görüb halımı güldukcə rəqib,
Ağlayıb bu dili-biçarə özün şad eylər.
Mövsimi-güldü, gül üzlüm, güzər et bir çəmənə,
Arizu-qamətini sərv ilə şümşad eylər.
Naz ilə qanımı ol çeşmi-siyahın tökdü,
Demədim kimsəyə can qəsdi bu cəllad eylər.
Cürmiya, mərdümi-çeşmim axıdıb seyli-sirişk,
Xaneyi-səbrimi bu seyl ilə bərbad eylər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət