Dərc edildi: Baxış sayı: 576
Məhəmməd Hidəci - Danışma, zahid, əgər söz eşitmədim, - sənə nə
Danışma, zahid, əgər söz eşitmədim, - sənə nə?
Mən öz xudamə günah etdim, etmədim, - sənə nə?
Xuda behişti-bərini sənə verib, - mənə nə?
Sənin gümanıma, mən kamə yetmədim, - sənə nə?
Neçün səni söyərəm, getmişəm kəlisayə,
Deyildi Kəbə nəsibimdə, getmədim, - sənə nə?
Mənə əgər dedilər: Gəl qılaq dalıda namaz,
Baxıb səlahıma, bu əmrə bitmədim, - sənə nə?
Dedin: Mən eyləmərəm, iltifat dünyayə,
Yeritdim öz sözümü, ya yeritmədim, - sənə nə?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət