Dərc edildi: Baxış sayı: 715
Məhəmməd Füzuli - Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar
Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar,
Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.
Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,
Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.
Könül mir’atını eylər mükəddər əql təklifi,
Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar.
Fəzayi-ömrdən guya degillər qönçə tək vaqif
Olar kim, özlərin dünya üçün diltəng tutmuşlar.
Məni, kim səngsari-möhnətəm bazari-eşq içrə,
Bəla daği çəkən Fərhad ilə həmsəng tutmuşlar.
Ləbin dövründə zahidlər tutub meyxanələr küncün,
Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar.
Səhər bülbüllər əfğanı degil bihudə gülşəndə,
Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət