Dərc edildi: Baxış sayı: 950
Məhəmməd Füzuli - Mehri könlümdə nihan olduğun ol mah bilir
Mehri könlümdə nihan olduğun ol mah bilir,
Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.
Sorman ol mahilə hali-dilimi tanrı üçün,
Biləli onu özüm, bilməzəm allah bilir.
Gah yüz lütf qılır, gah təğafül guya
Gah bilməz bu giriftarlığım, gah bilir.
Can fəda eyləməyi yara həmin mən bilirəm,
Bu təriqi demə hər qafilü gümrah bilir.
Nəzəri-lütf diriğ etmə Füzulidən kim,
Sənə sidqilə özün bəndeyi-dərgah bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət