Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi

Məhəmməd Füzuli - Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi
Sakura

Məhəmməd Füzuli - Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi

Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi
Ki, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.

Yetirdi ahimi gərdunə ol büt, gör nə kafirdir,
Deməz kim, göydə nagəh incidə naləm Məsihayi.

Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma.
Nə mümkünsən muradınca çəkilmək qaşları yayi.

Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq,
Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhrayi.

Görünməz yar, xəlq əşkim təmaşasinə cəm olmuş,
Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayi.

Tutub quşlar başımda aşiyan, fəryadə gəlmişlər,
Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayi.

Füzuli, zülfi sevdasın qələm tək başə salmışsan,
Gedən başın, əgər başdan gedirməzsən bu sevdayi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR