Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut

Məhəmməd Füzuli - Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut
Sakura

Məhəmməd Füzuli - Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut!
Baliğ oldun, gəl rəhimdən içdiyin qani unut!

Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd,
Çöhreyi-gülgyn ilə zülfi-pərişani unut!

Çək nədamətdən göyə dudi-dilin, tök qanlı yaş,
Sərvi-nazik tərkin et, gülbərgi-xəndani unut!

Gör qənimət fəqr mülkündə gədalıq şivəsin,
Etibari-mənsəbü dərgahi-sultani unut!

Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan,
Səltənət təxtinə irdin, bəndü zindani unut!

Lövhi-xatir surəti-cananə qıl ayinədar,
Onu yad et, hər nə kim yadındadır, ani unut!

Məsiyət dərsin yetər, təkrar qıl, döndər vərəq,
Özgə hərfin məşqin et, ol dərs-ünvani unut!

Ey Füzuli, çək məlamət rəhgüzarından qədəm,
Ləhzə-ləhzə çəkdigin bihudə əfğani unut!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR