Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətinin üç ortağı

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətinin üç ortağı
Sakura

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətinin üç ortağı

Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.
La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.
Şərq islam mədəniyyəti onu yaradan ünsürlərdən üç milli amillə sıx surətdə bağlıdır.
Ərəblərlə bərabər, onlar qədər, bəzi xüsuslarda hətta onlardan da artıq islam elm və ürfanı üçün fəaliyyət göstərmiş farslarla türklər vardır. Bu iki xalqdan yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca məşhur adları cildlərlə kitaba mövzu olmuşdur.
Demək gərəkdir ki, İslam mədəniyyətinin Şərqdə yayılmasında ərəb dili ilə bərabər, fars və türk dillərinin də müəyyən rolu vardır. Bir duyğu, düşünüş və bilik vasitəsi olmaq etibarilə, tarixin müəyyən dövrlərində bu iki dilin, xüsusən ədəbiyyat sahəsində və beləliklə, Şərq islam mədəniyyətinin inkişafı və yayılmasında çox mühüm təsirləri olmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR