Slimfit
  1. CƏMİYYƏT

Mehdiyev rəsmi və elmi saytı şəxsi bloquna çevirirsə... - Ekspert

Mehdiyev rəsmi və elmi saytı şəxsi bloquna çevirirsə... - Ekspert
Sakura

Mehdiyev rəsmi və elmi saytı şəxsi bloquna çevirirsə... - Ekspert

Ramiz Mehdiyev hələlik Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Ona görə də Ramiz Mehdiyevin Akademiyanın saytına müsahibə verə və yaxud orada yazı ilə çıxış edə bilər.

Ens.az xəbər verirki,bunu Axar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli AMEA-nın sədri Ramiz Mehdiyevin qurumun rəsmi saytını şəxsi bloquna çevirməsi haqda iddialara münasibət bildirərkən deyib.

Media ekspertinin fikrincə, əgər elmi qurumun rəsmi saytından bu cür istifadə vərdiş halını alırsa və elmi sayt media platformasına çevrilirsə, Akademiyadan kənar davamlı özünümüdafiə xarakterli materiallar çap edirsə, bu yolverilməzdir:

“Hesab edirəm ki, hər şeyin bir ölçüsü var. Ona görə də Akademiyanın rəsmi saytını özünün media tribunasına çevirmək olmaz. Fikrimcə, AMEA Rəyasət Heyəti bu məsələyə öz münasibətini bildirməlidir. Həm də bu vaxta qədər bu cür şeylər olmayıb. Əgər bir-iki yazı verilirsə, bunu bəlkə də anlamaq mümkündür. Amma bu saytı özü üçün səngərə, qalaya, tribunaya çevirmək, elmə dəxli olmayan məsələlərlə bağlı ictimaiyyətə mesajlar vermək yanlışdır. Ramiz Mehdiyev bunu başqa media qurumlarına müsahibələr verməklə və ya öz şəxsi bloqunu yaratmaqla edə bilər. Amma Akademiyanın rəsmi və strukturlaşmış saytından siyasi diskussiyalar üçün istifadə etmək olmaz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR