Bu həftə daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək
Bu həftə daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" sosial kampaniyasının buhəftəki ünvanı Abşeron rayonunun Mehdiabad qəsəbəsidir.
Oktyabrın 8-dən 12-nə qədər 09:00-dan 17:00-dək komitə əməkdaşları tərəfindən vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək. Sosial aksiya çərçivəsində sakinlər vaxt itirmədən elə yaşadıqları qəsəbədə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətlərindən yararlana bilər. Müraciət etmək və ya hüquqi məsləhətlər almaq üçün Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi 18 (Mehdiabad İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşmaq kifayətdir.
Qeyd edək ki, 12 kənd və qəsəbədə keçirilən ictimai əhəmiyyətli kampaniya çərçivəsində mobil ofislərə, ümumilikdə 850-dən çox vətəndaş müraciəti daxil olub.
Mənbə: Fed.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət