Slimfit
  1. DÜNYA

Medvedevdən Britaniyanın xarici işlər nazirinə XƏBƏRDARLIQ

Medvedevdən Britaniyanın xarici işlər nazirinə XƏBƏRDARLIQ
Sakura

Medvedevdən Britaniyanın xarici işlər nazirinə XƏBƏRDARLIQ

“Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ifadələrində daha diqqətli olmalıdır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

Bununla o, Kemeronun qələbə qazananadək Rusiya Prezidenti Vladimir Putinlə vuruşmaq çağırışını şərh edib.

“Burada Kemeron adlı biri Putinlə qələbə qazanana qədər sonadək mübarizəyə çağırıb. Əbəs yerə. Müəyyən şəraitdə bunun cavabı təkcə Kiyevə çatmayacaq. Devid, diqqətli ol”, - deyə Medvedev paylaşımında bildirib.

Medvedev əlavə edib ki, o, Kemeronu Rusiya prezidenti olduğu vaxtlardan şəxsən tanıyır və onu Britaniyanın baş naziri kimi də yaxşı xatırlayır. İndi isə keçmiş həmkarının Rusiya ilə bağlı davranışları onu təəccübləndirib.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu həftə Qərb ölkələrini Ukrayna münaqişəsində Putinlə sonadək mübarizə aparmağa və Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb.

Mənbə: NEWS.ru, Gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR