Slimfit
  1. MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyi çaşqınlıq yaradan tələblərə aydınlıq gətirdi

Mədəniyyət Nazirliyi çaşqınlıq yaradan tələblərə aydınlıq gətirdi
Sakura

Mədəniyyət Nazirliyi çaşqınlıq yaradan tələblərə aydınlıq gətirdi

Mədəniyyət Nazirliyi tərəfindən insan resursları portalının yaradılması məqsədilə tabeliyində olan qurumlara sorğu göndərilib. Oradakı tələblər işçilər arasında çaşqınlıq yaradıb. 

Ens.az xəbər verirki,bu barədə Nazirliyin tabeliyindəki qurumların əməkdaşları Oxu.Az-a şikayət ünvanlayıblar.

Nazirlikdən məsələ barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun insan resursları portalının yaradılması məqsədilə sorğu hazırlanıb:

“Sorğu və sorğunun təlimatı tabe qurumlara göndərilib. Əvvəlcə vurğulamaq istərdik ki, sorğunun məqsədi tam beynəlxalq və müasir standartlara cavab verən, insan resurslarının idarəolunmasına şərait yaradan müvafiq məlumat bazasının yaradılmasıdır”.

Sorğu ilə bağlı tələblərin izahı: 

1) İşçi məlumat bazasının sonuncu bəndində qeyd edilən - Geyim ölçüləri ilə bağlı məlumatlar yalnız tabe müəssisələrdə xüsusi geyim forması tələbi olan texniki xidmət vəzifələrini tutan əməkdaşlara şamil olunur.

2) Məlumat bazasında qeyd edilən yaxın qohumlar haqqında məlumatlar “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində (Yaxın qohumların birgə işləməsinə yol verilməməsi) göstərilən halların qarşısının alınması üçün nəzərdə tutulub.

3) Pasport məlumatları tələb olunan bənd əməkdaşların gələcəkdə təşkil olunacaq beynəlxalq təlim və tədbirlərdə iştirakının müəyyənləşdirilməsi və xaricə çıxışının olub-olmaması üçün nəzərdə tutulub. 

4) Əlaqə vasitələri bəndində qeyd olunan İP telefonu - İnternet Protokol internet vasitəsilə (ZOOM, Skype və s.) İP telefoniyanı nəzərdə tutur. Eləcə də əməkdaşların internetdən istifadəsinin faiz göstəricisi insan kapitalının inkişafı üçün təlimlərin təşkilində bir meyar olacaqdır.

5) Cədvəlin Tibbi müayinə haqqında məlumatların tələb olunduğu bəndi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş iş yerlərində əmək müqaviləsi bağlanarkən işçilər sağlamlıq haqqında tibbi arayışı təqdim etməlidir.

Həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri (pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər, muzey və qoruqlarda çalışan bələdçilər və s.) işə qəbul edilərkən və işlədiyi müddətdə məcburi dövri tibbi müayinədən keçməlidirlər.

Xüsusən də tibbi müayinə haqqında məlumatlar hazırda pandemiya şəraitində yaşadığımızı və Mədəniyyət Nazirliyinin işinin bir hissəsi olaraq görülən işlərin birgə təşkilatçılığı və kütləviliyi zəruri etdiyindən çevik tədbirlərin görülməsi üçün əməkdaşların sağlamlığının təmin edilməsi məqsədilə vacibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR