Slimfit
  1. CƏMİYYƏT

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək
Sakura

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də saat 11:00-da mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində (Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27A) Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən bildirilib ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov isə Ağsu rayon Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küçəsi 25) Ağsu rayonundan olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR