Slimfit
  1. SİYASƏT

Mədəniyyət naziri ilə İCESCO-nun baş direktoru arasında onlayn görüş keçirilib

Mədəniyyət naziri ilə İCESCO-nun baş direktoru arasında onlayn görüş keçirilib
Sakura

Mədəniyyət naziri ilə İCESCO-nun baş direktoru arasında onlayn görüş keçirilib

Aprelin 24-də Mədəniyyət naziri Əbülfəs Qarayevlə İCESCO-nun baş direktoru Salim Al-Malik arasında onlayn görüş keçirilib. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə İCESCO ilə Azərbaycan arasındakı mövcud əlaqələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Salim Al-Malik COVİD-19 pandemiyası ilə mübarizə dövründə təşkilatın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, İCESCO tərəfindən pandemiyaya qarşı mübarizə ilə bağlı müsabiqələr elan olunub. Həmçinin “İCESCO rəqəmsal evi” təşəbbüsü və bu təşəbbüs çərçivəsində həyata keçirilən “Distant mədəniyyət” proqramı kimi layihələr irəBaş direktor hazırda qurumun pandemiyaya qarşı mübarizə məqsədilə beynəlxalq koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. O, Azərbaycan tərəfindən də bu təşəbbüsə dəstək göstəriləcəyinə ümidvar olduğunu deyib.

Ə.Qarayev təşkilatın təşəbbüslərini alqışladığını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən də mövcud vəziyyətlə əlaqədar bir sıra layihələrin həyata keçirildiyini, həmçinin İCESCO-nun proqram və layihələrinin də Azərbaycanda geniş şəkildə təqdim olunduğunu diqqətə çatdırıb. Nazir təşkilatın beynəlxalq koalisiyanın yaradılması ilə bağlı təşəbbüsünün rəsmi şəkildə təqdim edildikdən sonra Azərbaycan tərəfindən bu məsələyə baxıla biləcəyini qeyd edib.

Görüşdə həmçinin “Bakı Prosesi”nin əhəmiyyəti və perspektivləri müzakirə edilib və gələcəkdə İCESCO-ya üzv ölkələr arasında onlayn platformaların genişləndirilməsi barədə razılığa gəlinib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR