Slimfit
  1. AZƏRBAYCAN

Mədəniyyət naziri Azərbaycan xalqını təbrik edib

Mədəniyyət naziri Azərbaycan xalqını təbrik edib
Sakura

Mədəniyyət naziri Azərbaycan xalqını təbrik edib

"Bu gün Dünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul edib".

APA-nın məlumatına görə, bunu Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına münasibət bildirən Mədəniyyət naziri Əbülfəs Qarayev söyləyib.

O bildirib ki, qəbuletmə prosesi asan başa gəlməyib: "Artıq 6 ildir ki, Azərbaycandan olan ekspertlər bu faylı hazırlayaraq müxtəlif beynəlxalq təşkilatlara təqdim etmişdi. Amma onların analizi kifayət qədər müsbət olmamışdı. Lakin Azərbaycanın gətirdiyi sübutlar və cənab Prezidentin verdiyi sərəncamlar bu qərarın verilməsində müsbət rol oynadı. Azərbaycanla UNESCO-nun əlaqələrinin inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. Mən fürsətdən istifadə edib ona da təşəkkürümü bildirmək istəyirəm".

Nazir Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınması münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Bu, xalqımızın tarixində və özünüdərkində fövqəladə hadisədir".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR