Mədəniyyət naziri Azərbaycan və Xorvatiya Birgə Komissiyasının həmsədri təyin edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri dəyişib.
Mədəniyyət naziri Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib. Bundan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Vergilər naziri olub.
Komissiyanın üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:
Xarici İşlər nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Energetika nazirinin müavini
Səhiyyə nazirinin müavini
Dövlət Turizm Agentliyinin sədri
Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət