Slimfit
  1. CƏMİYYƏT

"MDB məkanında ilk Qızlar Universiteti Azərbaycanda açılıb" - Rektor

"MDB məkanında ilk Qızlar Universiteti Azərbaycanda açılıb" - Rektor
Sakura

"MDB məkanında ilk Qızlar Universiteti Azərbaycanda açılıb" - Rektor

Xəbər verdiyimiz kimi Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılır. Daşkənddə Kyuqn-in Beynəlxalq Universitetində ancaq qadınların təhsil alacağı bildirilir. Qeyd olunur ki, bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq. 
 
Məsələyə münasibət bildirən Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov Moderator.az-a açıqlamasında Özbəkistanda yaradılan Qadın Universitetinin MDB məkanında ilk qadın universiteti olmasıyla bağlı səsləndirilən fikirlərin əsassız olduğunu və artıq rəhbəri olduğu Qızlar Universitetin otuz ildir ki, fəaliyyət göstərdiyini bildirib:
 
“Özbəkistanda yaradılacaq Qadın Universitetinin MDB məkanında ilk qadın universiteti olmasıyla bağlı səsləndirilən fikirlər kökündən yanlışdır. MDB məkanında ilk Qızlar Universiteti bizim universitetdir. Biz 1992-ci ildə fəaliyyətə başlamışıq və artıq otuz ildir. Bizim universitetinin kifayət qədər elmlər namizədi və hazırda doktorluq dissertasiyası üzərində işləyən məzunları var. İlk dəfə Bakıda Qızlar məktəbini Hacı Zeynalabdin Tağıyev açıb. Bu məktəb ibtidai təhsil verib cəmi altı il fəaliyyət göstərib. Bizim Qızlar Universitetindən sonra Belarusda da Qızlar Universiteti açdı və hətta onların rektoru Bakıya gəlib mənimlə görüşüb təşəkkür etdi. Bundan sonra Özbəkistanın səfiri gəlib bizdən sənədləri alıb apardı ki, onlar da Qızlar Universiteti yaratmaq üçün bundan istifadə etsinlər. İndi ola bilsin ki, bu kiminsə əlinə düşüb və götürüb belə bir yalnış informasiya yayıb”. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR