Dərc edildi: Baxış sayı: 606
McDonald's ABŞ-da fəaliyyət göstərən 3 mindən çox restoranında salat satışını dayandırıb
McDonald's ABŞ-da fəaliyyət göstərən 3 mindən çox restoranında salat satışını dayandırıb.
"Report" xarci mətbuata istinadən xəbər verir ki, buna səbəb müxtəlif regionlarda qeydə alınmış kütləvi zəhərlənmə hallarıdır.
ABŞ-ın Ayova ştatının Səhiyyə Nazirliyi bəyan edib ki, bu ayın əvvəlindən 15 nəfər McDonald'sın salatlarından yeyəndən sonra zəhərlənib. İllinoys ştatının Səhiyyə Nazirliyi isə salatlardan 90 nəfərin zəhərləndiyini bildirib.
Həmin qidaların mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcəyi deyilir.
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət