Dərc edildi: Baxış sayı: 637
MBNP məlumat lövhəsinin hazırlanması və dizayn işləri üçün 11 min manat xərcləyəcək
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) inzibati binasının foyesində məlumat lövhəsinin hazırlanması və dizayn işləri ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
“Report” Palataya istinadən xəbər verir ki, tenderdə “Vitam” MMC qalib elan edilib.
Bu ilin fevralın 6-da qalib şirkətlə 11 115,60 manat dəyərində satınalma müqaviləsi imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət