Slimfit
  1. CƏMİYYƏT

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür
Sakura

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beynini zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Dağınıq Skleroz Günü həmin problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. 1935-ci ilə qədər dünyada bu xəstəlik haqqında məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkim J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini açıqlayıb. XIX əsrin ortalarına doğru xəstəlik barədə artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2,3 milyon nəfərdir.

Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci il fevralın 28-də Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması uçun lazımi şərait yaradılıb.

2013-2017-ci illərdə Dövlət proqramı çərçivəsində ölkə üzrə müayinə olunan 1400-ə yaxın xəstədən 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə “Avonex” preparatı, təxminən 200 nəfərə “Mitoksantron” preparatı təyin edilib. Ehtiyac yaranan təqdirdə xəstələr ümumilikdə 20-yə qədər adda digər preparatlarla təmin edilib.

Dağınıq skleroz adətən gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz həyatının məhsuldar dövründə tam əlilliyə səbəb olan travmalardan və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR