Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Mastopatiya xəstəlik deyil – Həkim-mammoloq qadınlara müraciət etdi

Mastopatiya xəstəlik deyil – Həkim-mammoloq qadınlara müraciət etdi
Sakura

Mastopatiya xəstəlik deyil – Həkim-mammoloq qadınlara müraciət etdi

Azərbaycanlı mammoloq qadınlara “xərçəng”ə qarşı məsləhətlər verdi

"Son illər dünyada, eləcə də Azərbaycanda süd vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayı durmadan artır. 

Bu problemlə üzləşən əksər qadınlara mastopatiya diaqnozu qoyulur və ya süd vəzindəki şiş əməliyyat yolu ilə götürülür. Mastopatiya - xəstəlik deyil, bu, süd vəzinin bədəndə gedən hormonal prosesə verdiyi cavab reaksiyasıdır. 2017-ci il Avropa Radioloqlar Cəmiyyəti radioloji olaraq mastopatiya diaqnozu qoymağı qadağan edib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATU-nun Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova bildirib.

O, qeyd edib ki, əgər kista və sair şişlər hər aybaşı tsiklindən sonra süd vəzində yaranırsa, növbəti aybaşıya qədər onun ölçüləri dəyişir və ya çoxalırsa, bu proses xəstəlik sayılmır. Ağrıları götürmək üçün fitoterapiyaya əsaslanan müalicə aparılır.

Onun sözlərinə görə, bu məsələdə haşiyə çixmaq vacibdir.

Aşağıdakı kistalar daha təhlükəlidir: Nəhəng kistalar və ya iltihablaşmış kistalar, daxilində hansısa naməlum konglemerat olan kistalar və ən əsası kista daxili gizlənmış xərçəng. Bu hallarda detallı müayinələr və punktatın histoloji verifikasiyası - əməliyyat, punksiya və s. ilə nəticələnə bilər.

"Vurğulamaq istədiyim məsələ, mastopatiya adı altında cəmlənən Adenoz haqqındadır. Adenoz geniş sahəli olduqda daha çox hormonal analizlər aparılır və həmin hormonlarda çıxan dəyişikliyə əsasən müalicə aparılır. Ancaq lokal, yəni süd vəzinin məhdud sahəsində olan adenoz mammoloqlar və onkoloqlar tərəfindən dəqiq araşdırılır. Çünki lokal adenoz sahələrində süd vəzi xərçənginin yaranma ehtimalı 5-9 dəfə çoxdur. Ona görə də USM və mammoqrafiyada lokal adenoz sahələri gördükdə, mütləq onkoloji baxış vacibdir. Əgər bu hal şübhəli görünsə, əməliyyat aparılmalıdır" – deyə həkim vurğulayıb.

G. Qəmbərova əlavə edib ki, süd vəzisində narahatlıq olan xanım ginekoloquna müraciət edə bilər. Sonunda süd vəzi ginekoloji bir orqandır: "Ancaq şübhəli bir durum varsa, konkret süd vəzi üzrə ixtisaslaşmış mammoloq və onkoloqlara müraciət etsinlər. Xanımlarımıza məsləhətimiz odur ki, yalnız və yalnız öz həkimlərinə qulaq assınlar, internetdə elmi əsası olmayan xəbər portallarından qeyri-dəqiq və ya düzgün anlaşılmayan xəbərlərə inanıb hərəkət etməsinlər, müayinəni gecikdirməsinlər. 6 aydan bir USM, ildə bir dəfə isə mammoloq və onkoloqların baxışına getsinlər".

Həkim hesab edir ki, süd vəzilərdə şişi təyin etmək üçün təbii ki, ilk öncə həkimin palpator və vizual baxışı vacibdir. Bu zaman dəri rəngindən tutmuş, krauze, payra, umblikasiya, kerning və s. kimi sirf həkimə bəlli olan simptomlar araşdırılır. Daha sonra radioloji müayinələr - USM və Mammoqrafiya aparılır. Ancaq şiş üçün son diaqnoz histoloji verifikasiya ilə (əkilmə) qoyulur: "Bu, şişin citoloji, histoloji verifikasiyasından, dərəcəsindən, ölçüsündən, qonşu və ətraf limfa düyününə olan münasibətindən, xəstənin yaşından, anamnezindən, qonşu üzvlərə nisbəti və digər hallardan asılıdr. Bütün bu və digər məqamlar sırf onkoloq tərəfindən araşdırılır, pasiyentlər qeydiyyata salınır və müalicə taktikası seçilir. Pasiyentlər yalnız bir termin bilir - Xərçəng! Ancaq həkimlər üçün xərçəngin daşıdıgı "adlar" fərqlidir".

G. Qəmbərova bildirib ki, süd vəzi xərçəngi diaqnozu qoyulmuş bir qadın, qonşusunda və ya yaxınları arasında eyni diaqnozlu xəstəyə yazılmış müalicənin onda da təkrarlanacağını gözləməsin.

"Hər bir qadın fərdidir, hər süd vəzi və onda olan şiş növü fərqlidir. Xahiş edirik, yalnız öz həkimlərinizi dinləyin. 20 yaşdan yuxarı hər bir qadın hər ay güzgü qarşışında özü öz süd vəzilərini müayinə etməlidir. Heç bir şikayət olmasa belə, 6 aydan bir USM, profilaktik məqsədlə isə 35 yaşdan yuxarı süd vəzi xəstəlikləri üçün qızıl standart sayılan mammoqrafiya müayinəsindən keçməlidir. Bu müayinələr profilaktik məqsədlə aparılır. Əgər şübhəli bir durum varsa, diaqnostik izlənilmə tələb olunursa, bu zaman 3 aydan bir USM, 3-6 aydan bir mammoqrafiya aparılır. Əgər xanımın nəslində süd vəzi xərçəngi xəstəsi olubsa və ya USM müayinəsinin cavabı qeyri-dəqiqdirsə, belə hallarda mammoqrafiya daha erkən yaşlarda icra olunur" – deyə həkim bildirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR