Slimfit
  1. CƏMİYYƏT

Mastercard vaxtı bitmiş kartların müddətini uzadıb

Mastercard vaxtı bitmiş kartların müddətini uzadıb
Sakura

Mastercard vaxtı bitmiş kartların müddətini uzadıb

Xeberler.az bildirir ki, istifadə müddəti bitmiş kartların xidmət müddətinin uzadılmasını asanlaşdıran Mastercard, bununla Azərbaycandakı banklara və kart sahiblərinə öz dəstəyini nümayiş etdirir. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə əhalisinin sağlamlığını qorumaq üçün ötən həftədən etibarən son istifadə müddəti 2020-ci ilin mart-may ayalrında olan kartların istifadəsinə bu ilin iyul ayının sonunadək icazə verdi. AMB-in göstərişləri əsasında Mastercard vaxtı keçmiş kartlardan istifadəni təmin etmək üçün zəruri prosesləri asanlaşdırdı və bu, müştərilərin müxtəlif səbəblərə görə yenidən hazırlanmış kartı götürmək üçün banka gedə bilmədikləri bir vaxtda çox səmərəli bir həll yolu ola bilər. Mastercard bu addımı atsa da, yekunda müştərilərə belə bir imkan tanımaq qərarı bankların öz istəyinə bağlıdır.

“İnsanların əksəriyyəti mövcud vəziyyətə görə öz təmaslarını və hərəkətlərini məhdudlaşdırmağı düşünür. Bilirik ki, kartlarının istifadə müddəti başa çatan və ya sona yaxınlaşan bəzi Mastercard kart sahibləri artıq tanış olduqları və indiki vəziyyətdə tələb olunan nağdsız və təmasız ödənişlərdən istifadə etmək üçün banka getmək və yeni bir kart almaq məcburiyyətində qalmaqdan narahatdırlar. Biz öz tərəfimizdən prosesin bütün texniki asanlığını təmin edirik,” Mastercard-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ərdəm Çakar deyib.

- Ödəniş edərkən yüksək səviyyədə təhlükəsizliyi saxlamaqla əməliyyatların düzgün emalını təmin etmək üçün bu qərar həm emitentlərdən, həm də alıcı banklardan müəyyən tədbirlər və düzəlişlər tələb edəcəkdir. Mastercardınızı istifadə etməyə və sağlam qalmağa davam edin!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR