Slimfit
  1. AZƏRBAYCAN

Masazırdakı post hansı məqsədlə qurulub?

Masazırdakı post hansı məqsədlə qurulub?
Sakura

Masazırdakı post hansı məqsədlə qurulub?

“Bakı, Sumqayıt, Abşeron şəhərləri daxilində avtomobillərin hərəkəti sərbəstdir. Masazırda postun qurulmasında, avtomobillərin saxlanılmasında məqsəd lüzumsuz yerə öz avtomobili ilə şəhərə çıxanları müəyyən etməkdir”. Yeniavaz.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də deyib. O qeyd edib ki, bu, həmin şəxslərin avtomobilini və ya özünü evə qaytarmaq məqsədi daşıyır: “Bu məqsədlə postlar fəaliyyət göstərir”. Ə.Baqişev deyib ki, hazırda qaydaları pozanlar daha çox Bakı şəhərindədir: “Nəqliyyat vasitələrinin hərəkəti bacardıqca məhdudlaşdırılır. Vətəndaşın işə getməyə icazəsi varsa, o avtomobili ilə işə gedə bilər. Amma çalışdığımız qədər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırırıq. Tövsiyə edirik ki, işə gedərkən digər nəqliyyat vasitələrindən istifadə etsinlər. İctimai nəqliyyatdan istifadə də təhlükəlidir. Təhlükə hər yerdə var. Heç kim bu təhlükədən sığortalanmayıb. Bu virus təhlükəlidir. Biz hamımız bir yerdə karantin rejiminə ciddi əməl etməklə vətəndaşların dövlətlə münasibətini tənzimləməklə hamımız birgə bu bəladan qurtula bilərik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR