Slimfit
  1. AZƏRBAYCAN

Masallıda əhaliyə pulsuz hüquqi yardım göstərilib

Masallıda əhaliyə pulsuz hüquqi yardım göstərilib
Sakura

Masallıda əhaliyə pulsuz hüquqi yardım göstərilib

Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən aksiyada Bakı şəhərindəki 14 nömrəli vəkillər bürosunun işçiləri tərəfindən əhaliyə pulsuz hüquqi yardım göstərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı ailələr üçün ödənişsiz hüquqi xidmətlərin göstərilməsi ilə bağlı keçirilən tədbirdə Masallı ilə yanaşı, Yardımlı, Lənkəran, Lerik, Cəlilabad və digər rayonların sakinləri də iştirak ediblər.

Aksiyadan yararlanan cənub bölgəsinin vətəndaşları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR